Saçların, bədən tüklərinin ağarması normal təbii prosesdir, onun qarşısını almaq olmur, lakin hazırda gənclərdə erkən ağarma çoxalıb.
Buna səbəb olan bəzi faktorlar var.
Alimlər ağ saçların birinci səbəbinin genetik, irsi olduğunu deyir. Dədə-babalarınızın saçı-başı nə qədər tez ağarıbsa, sizdə də bu təkrarlanacaq.
Məlum olub ki, asiyalılar vaxtından əvvəl ağarmaya meyillidir, nəinki digər irqlər.
Həkimlər saçların vaxtından əvvəl ağarmasına səbəb olan insan amili, 5 zərərli vərdişi və faktoru sadalayıb.
1. Zəif qidalanma, orqanizmdə vacib elementlərin, vitaminlərin azlığı
Saçlar üçün dəmir, D vitamini, kalsium, selen, sink çox vacibdir. Qanazlığı olan insanların saçı cansızlaşır. B vitamin, yod, fol turşusu, eləcə də hormonların əskikliyi baş dibindəki tük hüceyrələrinin qidalanmasını pozur
İnsanın saçlarının vəziyyəti birbaşa onun qidasından asılıdır.
2. Siqaret, nikotin
Hətta özünüz çəkməsəniz belə, ailə üzvünün hər gün siqaret çəkməsi saçların qan dövranını pozur.
3. Yüksək stress, təşviş, depressiya
Daim fikir çəkən, əsəbi insanların saçının ağardığı qədimdən məlumdur. Eləcə də normal yuxu almayanların saçı tez ağarır.
4. Autoimmun xəstəliklər, zob, mədə-bağırsaq xəstəlikləri
Bu xəstəlikləri vaxtında aşkar etməmək, qarşısını almamaq, müalicə olunmamaq dəri, saçlara da mənfi təzahürünü göstərir.
Mədə-bağırsaq xəstə olduqda, faydalı maddələr bədənə sovrulmur.
5. Kimyəvi maddələrin təsiri, çirkli mühit
Saçların tez-tez kimyəvi maddələrə məruz qalması, keratin, boya, lak, zərərli şampunlar, isti fenlər, müxtəlif gellər, prosedurlar saçların strukturunu pozur, onların piqmentasiyasını azaldır.
Saçlarla bağlı problemlərə dermatoloq və trixoloqlar baxır. Əgər çox erkən ağarma varsa, bu faktorlara baxın və həkimə gedin.
Saçların tez ağarmasına səbəb olan - 5 zərərli vərdişlər
Tarix: 13-05-2022 | Saat: 09:19
Bölmə:Karusel / Maraqlı | çapa göndər
2248 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-05-2022 | Saat: 09:19
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Digər xəbərlər
8-06-2019, 00:34
Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu: POLİSDƏN ƏMƏLİYYAT - FOTOLAR (YENİLƏNİB -2)
27-04-2015, 14:10
“PayPoint” aparatını oğurlayan şəxs tutuldu
19-04-2017, 12:13
Toyuna 400 min dollar pul xərcləndiyi deyilən məmur qızından keçmiş əri barədə ŞOK AÇIQLAMA
16-09-2016, 23:05
Bakı Bulvarında uşaq attraksiondan yıxıldı
18-07-2016, 17:50
Azərbaycan Prezidenti Administrasiyasının şöbəsi ləğv olundu
10-08-2016, 20:37
Facebook tənqid edilir
18-09-2021, 12:16
Sahibsiz it kənd sakininin CİNSİYYƏT ORQANINI DİŞLƏDİ - VİDEO
12-10-2016, 18:26
Başına 1 milyon qoyulmuşdu, öldürüldü - Türkiyədə
2-06-2015, 00:51
İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında - YENİLƏNİB + FOTO