SLAYMın bilmədiyiniz təhlükələri - dəridə yaralar, mədə ağrısı, ishal, boğulma…
Tarix: 10-05-2022 | Saat: 12:33
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Uşaq və yeniyetmələr arasında çox populyar olan oyuncaq-antistres slaym sağlamlığa ciddi ziyan vura bilər. Belə nəticəyə istehlakçıların hüquqlarını müdafiə edən müstəqil Witch şirkəti (Böyük Britaniya) gəlib.
Ekspertlər 11 şirkətin buraxdığı slaymların tərkibini analiz edib belə qərara gəliblər ki, oyuncaqların tərkibində olan kimyəvi maddələr normadan artıqdır və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Bəs slaym nədən hazırlanır? Onun tərkibinə yapışqan, sellüloz, boraks, boya və s. kimyəvi maddələr daxildir. Ekspertlər xüsusilə boraksı vurğulayır ki, bu toksiki maddə ilə uzun müddət ərzində təmasda olan uşaqlarda ishal, mədədə ağrı, ürəkbulanması, qusma ola bilər.
Mütəxəssislərin sözlərinə görə, slaym göz, dəri, nəfəs yollarını qıcıqlandırır, ciddi allergik reaksiyalara səbəb olur. Orqanizmin daxilinə düşdükdə slaym sinir və həzm sistemi, böyrəklərə mənfi təsir edir.
Uzun müddət istifadə olunduqda bakteriya və göbələk mənbəyinə çevrilən slaym dəridə səpgi və yaraların əmələ gəlməsinə gətirib çıxardır. Son zamanlar həkimlər uşaqlar arasında məhz slaymla oynadıqdan sonar ağır dermatitlərin hallarının artmasını müşahidə edirlər.
Həkimlə xəbərdarlıq edir ki, çox ağır hallarda xüsusilə allergiyaya meylli olan uşaqlarda slaym güclü öskürək, nəfəsalmanın çətinləşməsinə, boğulmaya səbəb ola bilər.
European Chemicals Agency bildirir ki, slaymların tərkibində olan boraks hamilə qadınlar üçün çox təhlükəlidir, dölə mənfi təsir edir, azçəkili uşaqların doğulmasına səbəb ola bilir.
Xəbəri paylaş
8328 dəfə oxunub.
Digər xəbərlər

8-11-2022, 12:22
Sabahın HAVAsı
21-08-2015, 00:19
"Cavid Hüseynovun yoxluğu hiss olunurdu"
30-09-2019, 14:59
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
27-07-2019, 11:39
Daha Həcc ziyarətinə gedə bilməyəcəksiniz!
18-01-2016, 19:11
20 yanvar şərəf və qürur günümüzdür
8-02-2017, 11:41
Ləğv olunan bankların rəhbərləri cinayət törədib
26-04-2018, 20:07
Sabah Bakının iki rayonunda qaz olmayacaq
21-04-2016, 14:21
Sabah İlqar Məmmədov azadlığa buraxıla bilər
15-01-2016, 17:58
Prezidentin təyin etdiyi yeni nazir kimdir?
20-02-2016, 23:11
Putinin köməkçisinin geyimi təəccüb doğurdu - Qırmızı şalvar, sarı çəkmə