Bu, müharibədə vuruşan əsgərin anası ilə telefon danışığı deyil
Bu, günahsız insanların qanuna susamış vəhşinin, psixi pozuntulu insanın, manyakın etiraflarıdır.
Ukraynanın Təhlükəsizlik Xidməti rusiyalı hərbçi Konstantin Solovyov anasına ukraynalılara necə divan tutmasından danışdığının lent yazısını yayıb.
K.Solovyov müharibə başlayandan bəri 21 ukraynalını xüsusi amansızlıqla, dəhşətli işgəncələrlə öldürdüyünü deyir.
Həzzlə, təfərrüatlarla.
"Heç bilirsən "qızılgül" nədir? Əl və ayaq barmaqlarında dərini soyursar, qızılgülə bənzəyir. Sonra bir ukraynalını rezin dəyənələklərlə döydük. Ölənədək. Başqa birisinə boru saldıq, borunun içindən də bədəninə tikanlı məftil yeritdik. Sonra borunu çıxarırsan, tikanlı məftili tələsmədən geriyə dartırsan. Adamın içi dağılır. Maraqlı idi. Əsirləri gətirəndə işgəncələrdən əvvəl ayaqlarını vurub sındırırıq ki, qaça bilməsinlər", K.Solovyov anasına "hesabat" verir.
Ana Tatyana Solovyova da dinləyir, oğlunu dəstəkləyir, "ukraynalılar insan deyil, yaxşı edirsən" deyir.
Konstantin Solovyovun sözlərinə görə, xidmət etdiyi hərbi hissənin mənsubları - sıravilər və zabitlər - dinc ukraynalıları qarət edir, döyür, işgəncə verir, öldürürlər.
İşgəncələrdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak edirlər.
"Əvvəl elə bilirdim dəli olacağam. Amma sonra öyrəşdim. İndi həzz alıram. 21 nəfərə işgəncə verib öldürdüm. Əladır", - K.Solovyov deyib.
Daha sonra Konstantin evə dönəndə atası Dmitri Solovyova necə işgəncələr verərək öldürəcəyini anasına danışır.
Anası da gülür, ərinə veriləcək işgəncələri oğlu ilə müzakirə edir.
"Mən sənə həmişə demişəm ki, burada özümü güclə saxlayıram. Oraya düşsəydimmən də o murdarlara, "xaxol"lara ("xaxol" rusiyalı şovinistlərin ukraynalılara verdikləri təhqiramiz addır, - red.) divan tutardım. Həzz alardım! Ukraynalılar insan deyillər!", - Tatyana Solovyova söyləyib.
20 yaşlı Konstantin Dmitriyeviç Solovyov Rusiya Silahlı Qüvvələrinin 11-ci ordu korpusundakı 3-cü rotada, 3-cü vzvodda pulemyotçu kimi xidmət edir. Rusiya Federasiyasının Kaliniqrad vilayəti, Sovetsk şəhəri, Lesnaya küçəsi, ev 6A, mənzil 13 ünvanda daimi qeydiyyatdadır.
Tatyana Alekseyevna Solovyova (Qolovaşkina) isə 41 yaşlıdır, həmin ünvanda qeydiyyatdadır.
"21 ukraynalını işgəncələrdən sonra öldürdüm" - rusiyalı əsgərin anası ilə söhbəti - TÜKÜRPƏDƏN ETİRAFLAR - VİDEO +18
Tarix: 05-05-2022 | Saat: 10:40
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
1988 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2022 | Saat: 10:40
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Digər xəbərlər
2-01-2016, 19:20
Qurban Qurbanov ən yaxşı məşqçilər siyahısında 497-cidir
14-01-2017, 21:58
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
25-04-2018, 14:57
Xərçəng olmaq istəmirsinizsə, çörək yeməyin - Professordan AÇIQLAMA
8-06-2018, 16:17
İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
23-06-2021, 16:16
"Fəlakət"dən boşanan qadın: "Şeyma Subaşının duası" - FOTOLAR
14-05-2018, 10:39
Vəkillər Kollegiyası vəkil adından qanunsuz istifadə edənlərə qarşı mübarizəyə başladı
9-02-2016, 13:50
Maşının tavanından narkotik çıxdı
20-09-2016, 10:20
Suriyada humanitar karvan atəşə tutulub: 12 ölü - YENİLƏNİB
29-04-2022, 10:33
BİOLOJİ YAŞINIZI təyin edin. SADƏ TEST
10-04-2017, 21:11
Qırmızı Dodaq Boyası Haqqında Hər Şey