Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qadın pulunun haqq-hesabını aparan kişidən kişi çıxmaz”
Tarix: 02-05-2022 | Saat: 13:57
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər





Bir müddətdir Akademik Rus Dram Teatrının aktyoru Murad İsmayıl və həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli arasında soyuq küləklər əsir.
Bir neçə gün öncə aktrisanın instaqram paylaşımları, ardından tətilə Muradsız getməsi diqqət çəkmişdi.
Sənətçi bu dəfə instaqramda izləyicilərinin suallarını cavablandırıb. Onun fikirlərində öz evliliyinə eyham vurması diqqətdən yayınmayıb:
Ülviyyə "Sosial şəbəkədə tanış olub, evlənmək olar? Güclü ailə alınarmı" sualına "Fərq etməz, harada tanış olmusunuz. Əsas sizi sevən bəy xarakterli olsun. Sevdiyi qadını qorumağı, sahiblənməyi bacarsın. Bəzi köhnə düşüncəlilər qorumağı, xanımını qəfəsə qoymaqda, geyiminə qarışıb, çürütməkdə görürlər. Amma birini nə qədər sıxsan, o qədər çox gedər", - deyə cavab verib.
Daha sonra "Bir insanın sizi sevdiyini necə bilmək olar" sualına "Bir az qəlizdir. İndi insanlarda o qədər sifət var ki, anlamaq çətindir. Öz çıxarı üçün sevgini oynadanlar da var. Ürək aldadır, beyin isə yox. Ağlınızı dinləyin" cavabını yazıb.
"Qızınız olsa, adını nəy qoymaq istəyərdiniz?" sualına gəlincə Ülviyyə bunları yazıb:
"Qızım olmağını istəmərəm. Hansısa murdar ailəyə düşüb, əzab çəkməyinə dözə bilmərəm".
"Bir oğlan var, hamı ilə kobud danışır, məndən başqa. Sizcə bu sevgidir?", - deyə soruşan izləyicisinə "Simpatiyası ola bilər. Siz onun üçün əlçatan deyilsiniz. Ovucuna düşəndə, gözündə adiləşəcəksiniz. Sizə daha betər kobud olacaq. Çünki belə insanlar heç vaxt dəyişmir. İlan qabığını dəyişir, xasiyyətini yox. Əsla aldanmayın" sözlərini qeyd edib.
Xəlilbəyli digər suallara ardıcılıq olaraq bu cavabları yazıb:

"Ailə quracağınız insanın ailəsini, nəslini-kökünü araşdırın. Çünki ot kökü üstə bitər. Kökünü tanımayanlardan uzaq olun. Fikrimcə, kişi özünə sığışdırıb qadından pul istəməməlidir. Öyrəşsə, elə də davam edəcək. İstər-istəməz qadının gözündə kişi kimi dəyərini itirir, gözdən düşür. İtirilmiş dəyərlər isə bərpa olmur. Qadın pulunun haqq-hesabını aparan kişidən kişi çıxmaz. Bu mənim şəxsi fikrimdir. Ola bilər ki, müəyyən vaxtlarda kişidə pul olmasın. Qadın ona dəstək olsun. Bu, ayrı şeydir. Bir də var, yükü qadının boynuna atır, özü də pulunu it-pişiyinə xərcləyir. Bax, onda vəziyyət çox pisdir".
O "Nişanlımın ailəsi ilə ciddi problem yaşayıram, sizcə, problem olacaq" sualına "Qaç canını qurtar, sonra daha betər olacaqlar" cavabını verib. 
Ülviyyə son olaraq İnstaqram storidə "Bu günə qədər hekayəmi kənardakılar yazdı. Bundan sonrasını özüm yazacam. Səhvimlə-düzümlə arxaya baxmadan irəliyə doğru gedəcəm. Xoşbəxt olacam! Çünki özüm olacam" sözlərini yazıb.
Xanımının bu statuslarından sonra Murad da səssiz qalmayıb. O, instaqramda fotosunu paylaşaraq bu fikirləri qeyd edib:
"Danışmaq gümüşdürsə, susmaq qızıldır.  Normalda belə sakit qalan biri deyiləm, məni tanıyanlar yaxşı bilir ki, danışmaqla aram yaxşıdır. Amma son zamanlar susmağa daha çox üstünlük verirəm. Bu zaman ilanın sürünməsini daha yaxşı hiss edə bilirəm".
Qeyd edək ki, Ü.Xəlilbəyli ötən günlərdə paylaşdığı fotoyla qayınanasının ailələrində problem yaratdığına işarə vermişdi.


Xəbəri paylaş

4078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___