Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kriminal aləmə çevrilən məktəblər... - Təhsil ocaqlarını kimlər “boz zonaya” çevirir?..
Tarix: 27-04-2022 | Saat: 10:40
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


Son zamanlar təhsil müəssisələrində şagirdlər arasında kriminal aləmə meyillilik halları xeyli artıb. Məsələn şagirdlər bir-birini bıçaqlayıb, onlar arasında kütləvi davalar baş verir. Bıçaqlanma bu dəfə qızlar arasında da baş verdi.

Bəs təhsil ocağının bu hala gəlməsi nədən xəbər verir? Bu hala görə kimlər məsuliyyət daşımalıdır?Xeberaz.az  xəbər verir ki, məktəblərdə baş verənləri PİA.az-ın əməkdaşı təhsil- eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Təhsildə köklü şəkildə islahatlara ehtiyac olduğunu düşünən ekspert əlavə edib ki, 3-5 məktəbdə yaxşı görüntü ümumtəhsil məktəblərində hər şeyin əla olması demək deyil. Məktəblərdə hər şey ideal deyil:

“Çox təəssüflər olsun ki, son dövrlər biz şagirdlər arasında psixoloji olaraq gərginlik müşahidə edirik. Biz pandemiya dövründə demişdik ki, şagirdlərin məktəbə uzaqlaşması, şagirdlər arası münasibətlərin yenidən qurulması bir qədər uzun zaman tələb edəcək və onlarda psixoloji problemlər olacaq. Deyilənlərə öz əksini tapdı. Son dövrlər biz məktəblərdə kriminal halların şahidi oluruq.

Eyni zamanda məktəblərdə narkotik vasitələrin satışı halları artıb. Bütün bunların səbəbkarı əlbəttə ki, tək pandemiya deyil. Müasir dövrdür texnologiyaların həddindən artıq inkişaf etməsi, şagirdlərin hər birinin sosial şəbəkələrə asan çıxış imkanı, onların hər birinin ağıllı telefondan istifadə etməsi, mövcud trendlərə qoşulmamaları şagirdləri təhsildən yayındırıb. Bu vəziyyətə görə ilk olaraq məsuliyyəti həmin şagirdlərin valideynləri daşıyır. Çünki ilkin tərbiyə,təlim ailədən gəlir.

Digər məsuliyyət ünvanı kimi biz orta ümumtəhsil müəssisələrini göstərə bilərik. Çünki orta ümumtəhsil məktəbləri də şagirdlərin bir evi sayılır. Şagirdlər demək olar ki, günün daha çox hissəsini məktəblərdə keçirirlər. Onlar biliklə yanaşı davranışları da özlərində əks etdirməlidirlər. Amma təəssüflər olsun ki, yaxşı hərəkət etməyən uşaqların vərdişlərinin başqa uşalara da sirayət etməsinin şahidi oluruq. Nəticədə də bu hadisələr zəncirvari şəkildə cərəyan etməyə başlayır.

Məktəblərdə belə neqativ halların qarşısını almaq üçün artıq müvafiq qurumlar işə keçməlidirlər. Aidiyyatı qurumlar deyərkən mən Təhsil Nazirliyini, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eyni zamanda dövlətdən qrant alıb, amma hər hansı bir iş görməyən, qrantla dolanan qeyri-hökumət təşkilatlarını nəzərdə tuturam. Onlar müvafiq maarifləndirmə işləri həyata keçirməlidirlər və məktəblərdə görüşlər keçirməlidirlər.

Amma təəssüflər olsun ki, biz bunları müşahidə etmirik. Nəticə etibarilə də məktəblərdə neqativ hallar günbəgün daha da kriminal artan sahədə inkişaf edir. Hər kəs bu məsələlərə həssas yanaşmalıdır. Məktəblərdə olan kriminal hadisələrin sabah faciə olması üçün hamımız çalışmalıyıq.

Təhsil müəssisələrinin nəzarət işində problemlər var. Həmçinin təhsil müəssisələrində ümumi psixoloji söhbətlər aparılmır. Buna görə də məktəblərdə problemlər daha geniş vüsət alır. Müvafiq olaraq təhsil müəssisələri tam nəzarətə götürülməlidir. Məsələn Daxili İşlər Nazirliyinin əməkdaşları məktəblərdə dayanmalıdırlar. Çünki narkotik vasitələrin satışı kimi məktəblər əsas hədəf kimi götürülüb. Təəssüflər olsun ki, bu sahədə əsas bazar rolunu məktəblər oynayır.

Eyni zamanda nizam-intizama fikir verən, rəhbərlik etməyi bacaranlar məktəbə gətirilməlidir. Kimlərinsə tapşırığı ilə məktəbə rəhbər, yaxud da psixoloq götürülməməlidir. Biz bütün pedoqoji qaydaları doğru həyata keçirəriksə, məktəblərdə də neqativ hallar olmaz. Amma indi məktəblərdə kimlərsə kimlərinsə qohumudur, deyə mütləq vəzifə verilməlidir, prinsipi əsas rol oynayır.

Bütün bu hallara görə təhsildə köklü şəkildə islahatlara ehtiyac var. 3-5 yaxşı görüntü o demək deyil ki, ümumtəhsil məktəblərində hər şey əladır. Məktəblərdə hər şey ideal deyil. Məktəblərdə nələrin baş verdiyini biz müşahidə edirik. Reallıq odur ki, məktəblərdə baş verənlər ürəkaçan deyil”.

Redaksiyadan: Son on ildə bizim cəmiyyətdə kriminal avtoritetlərin “romantik qəhrəmana” çevrilməsi üçün hər şey edilib. Bunda mətbuat da xüsusi əhəmiyyətli rol oynayıb. Əslində bu gün məktəblərdə baş verənlər son on ildə əkdiklərimizin məhsullarıdır və bu üzdən də cinayətkar ünsürlərin məktəblilərin xəyal qəhrəmanına çevrilməsində də qeyri-təbii heç bir şey yoxdur...



Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___