Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maşın eyni anda 2 piyadanı vurub öldürdü
Tarix: 27-04-2022 | Saat: 10:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

Maşın eyni anda 2 piyadanı vurub öldürdü



Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar - 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.
İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmış. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vurub öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
27-06-2022, 14:57 "Ömrünün Son zəng oldu"
17-08-2017, 10:43 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___