Əhaliyə ŞAD XƏBƏR: Maska cəriməsi silinə bilər - Bu tarixdən
Tarix: 25-04-2022 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
"Karantin zamanı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinin tərəfdarıyam. Mayın 1-dən maska tələbi ləğv edilir. Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir".
Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.
O əlavə edib ki, cərimələrin silinməsi ilə qadağanın aradan qaldırılması arasında incə bir fərq var: "Qadağa aradan qaldırılırsa, indiyə qədər cərimə yazılan şəxslərə qarşı münasibətdə konstitusiya norması var. Qanunun yumşaldıcı hissəsinin geriyə qüvvəsi var. Deməli bütün yazılan cərimələr silinir, ödəyənlər isə gedib pulunu geriyə alır.
Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Mayın 1-dən sonra maskalara görə yazılan cərimələrin silinməsi və əfv olunması doğru olardı.
Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək".
Xəbəri paylaş
3388 dəfə oxunub.
Digər xəbərlər

18-10-2018, 15:03
Gəray Gəraybəyli: "Psixi pozuntuların yaranmasına səbəb olan ən əsas amil informasiya çoxluğudur"
8-04-2020, 11:27
Lerikdə hamilə şagirdə görə 59 yaşlı müəllim həbs edildi
5-02-2017, 19:05
Bakıda gəmidə faciə: kapitanın meyidi tapıldı
30-04-2016, 20:09
Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatdı
23-03-2015, 00:12
Bütün kəndi edam etdilər – Şok görüntülər
14-06-2017, 11:07
FETÖ-nün Azərbaycan nümayəndəsi həbs edildi
11-11-2021, 11:29
Əri ilə şəklini sildi, soyadına qayıtdı
11-02-2023, 15:06
"Var olsun, Azərbaycan!" - Türkiyə XİN başçısı
17-12-2016, 21:43
Yeni ailə quranlara şad xəbər - Video