Azərbaycanda insan ayağı dəyməyən yerdə 7 şəlalə tapıldı
Tarix: 22-08-2015 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Şəlalənin ən hündürü 35, ən kiçiyi isə 10 metrdən tökülür.
Araşdırmaçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb. Kənd ağsaqqalları burada bir şəlalənin olduğunu eşitdiklərini desələr də araşdırmaçı ucqar dağ kəndində 100 metrlik məsafədə 7 şəlalə görüb. İnsan ayağı dəyməyən məkan rayonun Çobansıxnaq kəndinin yaxınlığında yerləşir.
Xeberaz.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Cəlaləddin Qasımovun sözlərinə görə, şəlalənin ən hündürü 35, ən kiçiyi isə 10 metrdən tökülür. Çətinliklə dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən Cəlaləddin Qasımov 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana qovuşub.
Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla əhatələndiyindən demək olar ki, buraya insan ayağı dəyməyib. Elə yerli sakinlər də illərdi kəndin ərazisində olan bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan axıb gələn su hazırkı Zəyəm çayına tökülür. Həm yerli,həm xarici turistlərin diqqətini çəkə biləcək Çobansıxnaqdakı bu məkan gələcəkdə kənd turizminin inkişafında böyük pay sahibi ola bilər.
Xəbəri paylaş
9278 dəfə oxunub.
Digər xəbərlər

25-02-2017, 14:44
Diktatorun qardaşını öldürənlər masaj salonunda işləyiblərmiş - FOTO
6-09-2016, 09:29
Lənkəranskini ən yaxın adamı öldürtdürüb — VİDEO
20-02-2020, 08:28
Avropa Liqasında 1/16 final mərhələsi başlayır
1-12-2022, 15:16
Azərbaycan DÖVLƏT Tibb Universiteti, yoxsa Gəraybəylinin özəl şirkəti..? - Gəraybəylinin qara mühasibatlığı və ya dövlətdən oğurlanan milyonlar...
18-02-2023, 11:00
Evə basqın edən əmi-qardaşoğlu saxlanıldı
26-04-2017, 16:55
Dəbdəbəli toy edən idarə rəisi cəzalanacaq - Millət vəkili
13-07-2019, 18:44
İlham Əliyevdən Makrona məktub
18-01-2016, 14:15
Merkelə ultimatum verildi
7-03-2017, 13:51
Öt ay nikaha daxil olmaq istəyən 440 nəfərdə talassemiya daşıyıcılığı, 9 nəfərdə QİÇS aşkarlanıb
23-11-2021, 08:39
Bakıda sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO