Zaqatalada baş verən qətlin bəzi təfərruatı məlum olub.
Əri tərəfindən qətlə yetirilən Xavər Həsənova (Hüşənova) yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyirdi.
APA-nın yerli bürosunun məlumatına görə, qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətinə işləməyə gedirdi. Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə aprelin 17-i gecə saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün boğaz nahiyəsini kəsərək intihar edib.
Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı
Tarix: 17-04-2022 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
4348 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-04-2022 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-11-2022, 12:25
Teraktda şübhəli bilinən qadın belə saxlanıldı - VİDEO - FOTO
13-08-2017, 11:17
Sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı gündə 1 milyon artır
28-04-2016, 01:16
“Mançester Siti“də ciddi itki
5-09-2018, 13:17
“Hamilə olanda ərim gözümün qabağına başqası ilə yatırdı”
24-05-2022, 11:35
Böyrəkləri ən yaxşı təmizləyən təbii üsul
4-07-2015, 21:36
Səhnədən getməyə hazırlaşan Sezen Aksu müsabiqə elan etdi VIDEO
12-05-2016, 09:59
Cəbhədən son xəbər: düşmənə layiqli cavab verilib
21-04-2016, 14:53
AFFA milliyə yeni baş məşqçi təyin etdi
16-10-2016, 11:05
“Uşağı doğdum ki, oğlan mənimlə evlənsin” — Bakıda körpələri küçəyə atan kimlərdir?