Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aktyorun vəziyyəti ağırdır - 90 min lazımdır
Tarix: 13-04-2022 | Saat: 09:59
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin xanımı Elvina Ağayeva onun səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Bu barədə E. Ağayeva OLAY-a danışıb.
O deyib ki, Elvinin həyatı təhlükədədir və təcili əməliyyat olunmalıdır:
"O, sirrozdan əziyyət çəkir. Əməliyyat üçün 100 min manat pul lazımdır, biz elanda 90 min yazmışıq. Donor da öz yaxınlarımızdan biri olacaq. Ətrafımızda qanı uyğun olan insanlar var. Bu məbləğ əməliyyatın və analizlərin xərcləri üçün vacibdir. Elan çox qısa müddətdir paylaşılıb, hazırda 98 manat pul köçürülüb".
Elvina deyib ki, həyat yoldaşının səhhətindəki problem peyvənd vurdurduqdan sonra üzə çıxıb:
"Elvinə yoxlanışdan keçmədən peyvənd vurulub. Sonra gözlərinin içi, dərisi saralmağa başladı. Biz elə düşündük ki, sarılıq xəstəliyidir. Bunun əleyhinə müalicə etdirdik. Bir ay sonra həkim yoxlanışına gedəndə məlum oldu ki, "Hepatit C" xəstəliyidir. Təcili müalicəyə başladıq, sonra qaraciyəri də sıradan çıxdı. Bir müddətdir xəstəxanada müalicə olunur. Lakin effekti yoxdur.
Çünki dalağına su yığılıb, qaraciyərə görə ödü kəsilə bilmir. Analizdən sonra burda, yaxud da xaricdə əməliyyat olunmasına həkimi qərar verəcək. İnşallah əməliyyat Azərbaycanda baş tutar. Biz televiziyalara da üz tutacağıq. İstəyirik ki, Elvin xəstəlikdən azad olsun. Onun üç övladı var, ailəsinə və sevdiklərinə görə yaşamalıdır. Biz fondlara da ərizə yazacağıq. Əlimiz hara çatsa, kim nə məsləhət görsə, hər şey edəcəyik ki, Elvin sağalsın. Çünki tez-tez deyir ki, mən yaşamaq istəyirəm, hələ cavanam. Əməliyyat təcili olmalıdır, həyat təhlükəsi var, hər an nə isə ola bilər".


Xəbəri paylaş

5298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___