Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ər arvadının qonşusu ilə intim görüntülərini gördü, dəhşətə gəldi - Yevlaxda şok olay
Tarix: 03-04-2022 | Saat: 11:42
Bölmə:Karusel / Hadisə | çapa göndər


Yevlax rayonunda 1990-cı il təvəllüdlü Yaşar şəxsi münasibətlər zəminində 1983-cü il təvəllüdlü qonşusu Poladı (adlar şərti verilib - red.) güllələyərək öldürüb.
Yaşar 20 fevral 2021-ci ildə axşam saatlarında Yevlax rayonunun kəndlərinin birində yaşadığı evdə şəxsi sənədlərini ailə üzvlərinə aid sənədlər toplanan və yatağ otağında saxlanılan çamadana qoyarkən təsadüfən aşkar etdiyi 3 ədəd DVD disk və bir ədəd yaddaş kartına baxıb.
Orada arvadı Səbinənin həmkəndlisi və qonşusu olan Polad arasında atası Sahib tərəfindən yaşadıqları ünvana quraşdırılmış videomüşahidə cihazı vasitəsilə qeydə alınmış 3 mart 2020-ci il tarixə aid intim görüntüləri görüb.
Qətl hadisəsi niyə baş verib?
Yaşar səhəri gün, yəni fevralın 21-də görmüş olduğu kadrların təsirindən nə edəcəyini qərarlaşdırarkən evlərinin yanından keçən Poladın ona ehyamla nalayiq ifadə işlədib, öz evlərinə tərəf getdiyini görüb.
Yaşar Poladdan qisas almaq və onu cəzalandırmaq məqsədilə saat 13 radələrində otağında olan sandıqdan ov tüfəngini və 2 patronu götürib, sonra evdən çıxıb. Evin arxa tərəfi ilə Poladın yaşadığı evin giriş darvazasının yaxınlığındakı yardımçı tikilinin içərisinə gəlib. Tüfəngin hər iki lülə kanalına patronları yerləşdirib və tüfəngi atəşə hazır vəziyyətə gətirdikdən sonra yardımçı tikilinin yanına gəlib.
Rastlaşanda Polad ona "indi qeyrətə gəlmisən" deyib. Yaşar da ona "daha bu kənddə heç kimin anası və bacısına sataşa bilməyəcəksən" deyib və onu güllələyib.
Daha sonra Polada yaxınlaşıb və sifət nahiyəsinə ikinci atəşi açıb. Polad aldığı xəsarətlərdən hadisə yerində ölüb.
"İşləməyə Rusiyaya getdim"
İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2016-ci ildə dayısı qızı Səbinə ilə evlənib: "Birgə nikahımızdan 2017-ci ildə oğlan övladımız dünyaya gəldi. 2019-cu ilin dekabrında Rusiyanın Çərkəz şəhərinə dostlarımın yanına işləməyə getdim. İki ay orada işlədikdən sonra mənə evdən zəng olundu. Atamın xəstəliyi səbəbi ilə Azərbaycana qayıtmalı oldum".
"Arvadım "bağışla" deyərək ağladı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il martın əvvəlində Azərbaycana qayıdib: "Evə gəldikdə atam mənimlə söhbətində kövrəldi, arvadım Səbinənin məni aldadaraq xəyanət etdiyini, ata-anasını çağıraraq onu yola saldığını bildirdi. Atamdan arvadımın kiminlə yazışdığını soruşdum. Atam mənə Səbinənin Poladla münasibəti olduğunu bildirdi.
Həmin vaxt Poladın mobil telefonuna zəng etdim, görüşmək istədiyimi bildirdim. Ancaq Polad Bakı şəhərində olduğunu bildirdi, məni söydü, telefon zəngini bitirdi.
Ailə üzvlərim məni sakitləşdirməyə çalışdılar. Poladla danışdığımızın səhəri günü Oğuz rayonuna getdim. Səbinənin ata-anası ilə söhbət etmək istəsəm də, anasının vəziyyəti pisləşdiyindən danışa bilmədim. Həmin vaxt atam da mənmimlə idi.
Səbinə ilə danışmağa çalışsam da, mənə "bağışla" deyərək ağladı. Evdə bir neçə dəqiqə övladımı gördüm, sonra atamın təkidi ilə geri qayıtdım".
"Utandığıma görə evdən çölə çıxa bilmədim"
Yaşar qeyd edib ki, Oğuz rayonundan qayıtdıqdan sonra boşanma ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edib:
"Məhkəmədə etibarnamə əsasında atam iştirak etdi. Təxminən 2020-ci ilin avqustunda məhkəmə qətnaməsi ilə arvadım Səbinədən boşandım. Övladım arvadımın himayəsində qaldı. Utandığıma görə evdən çölə çıxa bilmədim, həmin vaxt yalnız arvadımla Polad arasında telefonla danışığı və mesajlaşma olduğunu düşündüm.
Polad əvvəl evlərindən çıxaraq getsə də, mən boşandıqdan bir müddət sonra qardaşları onu yaşadıqları evə gətirdilər. Atam Poladın qardaşlarına onu həmin evə qaytarmalarına görə irad bildirdi.
Polad qayıtdıqdan sonra evimizin yanından keçərkən hərdənbir mənə ehyam vurur, qonşuluqda kişi olmadığını deyirdi".
"Arvadımın etirafını eşitdim"
Yaşarın sözlərinə görə, 2020-ci ilin dekabrında Cəlilabad rayonuna, qardaşı Cahidin yanına gedib və orada qalıb:
"2021-ci ilin fevralın əvvəli Yevlaxa yaşadığım kəndə qayıtdım. Hadisədən təxminən 4-5 gün əvvəl Oğuz rayonuna yollandım. Orada övladımı gördüm, bir neçə gün də orada qaldım. Yenidən fevralın 18-19-u yaşadığım kəndə qayıtdım".
Təqsirləndirilən şəxs deyib ki, fevralın 20-də saat 19 radələrində evdə şəxsiyyət vəsiqəsini termonun qarşısından, xarici pasportu isə paltar şkafında olan kostyumun cibindən götürüb: "Həmin sənədlərimi evdə digər otaqda ailə üzvlərimin sənədlərinin yığıldığı çamadana qoymaq istədim. Diplomatı axtararaq yataq otağında çarpayının altında tapdım.
Diplomatı çarpayının altından çıxardım və kodunu açdım. Onu tərsinə açdığımdan içərisindən fləşkart və bir neçə disk çıxdı. Fləşkartı götürərək telefonuma taxdım. Onun içərisində qardaşım arvadı Mədinə ilə arvadım Səbinənin mesajlaşmalarını gördüm. Mesajlaşmalarda Mədinənin Səbinəni ələ almaq istədiyini və onun Poladla münasibəti barədə etirafını eşitdim".
"Arvadımın intim görüntülərini gördüm"
Yaşar qeyd edib ki, bundan başqa Səbinənin səsyazısı da olub: "Səbinə həmin səs yazısında onun Poladla arasında olan münasibəti Poladın heç kimə deməyəcəyini bildiririrdi. Səs yazısına qulaq asandan sonra əsəbləşdim. Diplomatda tapdığım bir neçə diski evdə olan DVD-yə taxdım, televizorda arvadımla Polad arasında intim görüntüləri gördüm. Həmin görüntüləri görəndə özümü itirdim. Görüntülər evin həyətinə atam tərəfindən gizlin quraşdırılmış kameralar vasitəsilə qeydə alınmışdı.
Boşanma zamanı məhkəmədə sübut kimi təqdim edilməsi üçün atam Polad və Səbinə arasında olanları çəkmişdi.
Əvvəl diskləri götürdüm və əminmgildə olan atamın yanına getmək istədim. Ancaq yarı yolda fikrimi dəyişərək geri qayıtdım. Artıq özümdən utandım. Səhərə kimi oyaq qaldım. Əvvəl intihar etmək istəsəm də, öləndən sonra da Poladın ailə üzvlərimi narahat edəcəyini düşündüyümdən fikrimdən daşındım. Poladın mənim şərəf və ləyaqətimə sataşmasını, məni rüsvay etməsinə görə özümə yer tapa bilmədim".
"Mənə "peysər" dedi"
Yaşarın ifadəsinə görə, fevralın 21-də səhər tezdən durub və namaz qılıb: "Namaz qılandan sonra çarpayıda oturaraq düşündüm. Sonra həyətə düşdüm, bir az gəzdim, məsələni necə həll edəcəyimi fikirləşdim.
Saat 12 radələrində həyətdə olarkən Poladın hardansa öz evlərinə tərəf gəldiyini gördüm. O, evimizin yanından keçərkən mənə əvvəlcə "peysər", daha sonra isə "mənim qonşularım nə gündədir" dedi. Onun mənə belə söz atmalarından bezmişdim. Sonuncu sözlərindən sonra artıq özlüyümdə Poladı qətlə yetirmək fikrini dəqiqləşdirdim".
"Daha heç kimin ana-bacısına sataşa bilməyəcəksən"
Təqsirləndirilən şəxs bildirib ki, Poladın onu təhqir etməsindən sonra öz adına sənədləşmiş qoşalüləli ov tüfəngini sandıqdan götürüb və evdən çıxıb:
"Evimizin qapısını bağladım, həyətə düşdüm. Poladın yaşadığı evin yaxınlığında olan tövləyə tərəf getdim. Bayırdan tövlənin qapısının açıq olduğunu gördüm, Poladın içəridə olacağını düşündüm. Öz tövlələrimiz tərəfə getdim, içəridə silahı açdım, patronların hər ikisini çıxararaq tüfəngin lülə yuvasına qoydum. Sonra silahı divara söykədim, tövlədən yola olan çıxışı açdım. Məqsədim Poladın tövlədən çıxıb gəlməsini görmək idi.
Poladın səsini eşitdikdə onun qapıdan əlində araba ilə çıxdığını gördüm. Qəflətən qarşısına yeridim. Aramızda təxminən 4-5 metr məsafə var idi. Silahı Polada tərəf tutaraq "ay şərəfsiz, sən idin mənim qapıma girən?" dedim. Polad isə mənə "nədi, indi qeyrətə gəlmisən?" dedi.
Polada baş verənlərdən indiyə kimi tam xəbərim olmadığını bildirdim. "Artıq bu kənddə heç kimin anasına və ya bacısına sataşa bilməyəcəksən" dedim, onu nişan aldım, ilk atəşi açdım. Polad sinəsini tutub səndələyərək yerə uzandı. Artıq onun ölmüş olacağını düşündüm, silahın lüləsini aşağı saldım və geri qayıtmaq istədim.
Polad yenidən başını qaldıraraq mənə tərəf "ayə, ayə" dedi. Atdığım atəşin ona dəymədiyini gördüm. Bir az da yaxın getdim. Təxminən 1-2 metrlikdən ikinci dəfə atəş açdım. Poladın ikinci atəşdən sonra başını yerə qoyduğunu gördüm. Silah əlimdə yenidən tövləyə qayıtdım, qapını arxadan bağladım, öz həyətimizə keçdim. Atam həyəcanlı halda eyvanda dayanmışdı. Məni gördü, atəş açanın mən olub-olmadığmı soruşdu. Ona nəyə görə baş verənləri məndən gizlətmələrinə görə irad bildirdim. Poladı öldürdüyümü dedim.
Atam üzərimə gəldi, məni bir neçə dəfə şillələdi, sonra polisə zəng etdi. Bundan əvvəl özüm də atamdan polisə zəng etməsini istəmişdim.
Atam təcili yardıma da zəng vurdu. Bir müddət sonra polis əməkdaşları gəldi, məni polis şöbəsinə apardılar. Atam silahı polis əməkdaşlarına təhvil verdi".
Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə hansı faktları açıqlayıb?
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Mədətin sözlərinə görə, Polad anası ilə birlikdə yaşayıb:
"Yadiğar və oğlu Yaşar bizim qonşuluğumuzda yaşayıblar. Əvvəllər münasibətlərimiz normal idi. Gediş-gəlişimiz də vardı. Yadıgarın oğlu Polad evli idi, sonradan boşanmışdı.
4 mart 2020-ci ildə Yadigar məni yaşadıqların evin qarşısına çağırdı, qardaşım Poladla gəlini arasında cinsi əlaqənin olduğunu evlərinə gizli quraşdırdığı kamera vasitəsilə aşkar etdiyini bildirdi. Həmin vaxt Yadigarın oğlu Yaşar Rusiyada idi.
Yadigar mənə Poladı həmin evdən aparıb başqa yerdə saxlamağımı istədi. Bundan sonra evə qayıtdım və Poladdan bu barədə soruşdum.
Polad mənə Yadigarın gəlininin ona zəng etdiyini və bir neçə dəfə aralarında telefon danışdıqları olduğunu dedi. Həmin gün Poladı evdən çıxarıb Mingəçevir şəhərinə apardıq. Təxminən 6 ay o, Mingəçevir şəhərində qaldı. Sonra yenidən kəndə yaşadığımız evə qayıtdı.
Fevralın 21-dəm oğlum Cəmil mənə zəng etdi, Poladın evin qarşısında öldürüldüyünü dedi. Həmin vaxt əkin sahəsində idim. Sahədən gəldikdə artıq qardaşımın meyitini müayinə edilməsi üçün morqa aparıldığını bildim".
"Kiminlə danışmasını dəqiqləşdirə bilmədim"
Cinayət işi üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin atası Sahib qeyd edib ki, oğlu Yaşar evləndiyi vaxtdan Səbinə ilə ər-arvad münasibətləri normal olub:
"Oğlum Yaşar işləmək məqsədi ilə Rusiyaya getdi. Getməmişdən əvvəl arvadı Səbinəyə smartfon tipli mobil telefon aldı.
Yaşar Rusiyaya getdikdən bir ay sonra arvadım Zivər gecə saat 3 radələrində su içmək üçün mətbəxə getdi. Geri qayıdarkən Səbinənin telefonda deyəsən kiminləsə danışmasından şübhələndiyini bildirdi. Bundan əlavə Zivər Səbinədən səhərlər gözünün altını qaralmış görüb, niyə gecə gec yatdığını soruşub. Zivər onun kiminlə danışdığını soruşduqda, Səbinə guya qardaşı ilə söhbətləşdiyini bildirib.
Arvadım mənə bu barədə dedikdən sonra Səbinənin kiminlə danışmasını dəqiqləşdirmək üçün Mingəçevir şəhərindən 110 manatlıq mobil telefon aldım və həmin telefonu digər gəlinim Mədinəyə verdim. Mədinədən həmin telefonu xəlvətcə Səbinənin otağına qoymasını istədim. Ancaq Mədinə telefonu qoyduğu yerdə səs yaxşı yazıla bilmədi. Daha sonra özüm həmin mobil telefonu Səbinənin çarpayısının baş tərəfinə skoçla yapışdırdım, səs yazanı aktiv elədim.
Sonradan Səbinənin gecələr qardaşı ilə yox, başqa şəxslə danışdığını müəyyən etdim. Ancaq kiminlə danışmasını dəqiqləşdirə bilmədim".
Sahibin sözlərinə görə, Səbinənin kiminlə münasibəti olmasını və kiminləsə görüşüb-görüşmədiyini öyrənmək üçün yaşadığı evdə 2 yerə videomüşahidə cihazı quraşdırıb: "Bu məqsədlə Səbinəni atasıgilin yaşadığı Oğuz rayonuna göndərdim. Özüm Mingəçevir şəhərinə getdim. oradan ev üçün videomüşahidə cihazı aldım. Cihazı evin 2 tərəfindən çəpərin alçaq yerində və Səbinənin yatdığı otağın pəncərəsinin yuxarısında quraşdırdım. Əvvəlcə çəkilişləri yaddaşa sala bilmədim. Bundan sonra monitor aldım, kameraları idarə etməyi öyrəndim".
"İntim görüntülər barədə heç nə demədim"
Sahib qeyd edib ki, 3 mart 2020-ci ildə axırıncı dəfə Səbinənin qonşuluqda yaşayan Poladla görüşməsini görüb və həmin görüntüləri diskə köçürüb: "Daha sonra Səbinənin ailəsini çağırdım, baş verənləri üstüörtülü danışdım və Səbinəni aparmalarını istədim. Səbinə getdikdən sonra oğlum Yaşarı Azərbaycana çağırdım.
Həmin vaxt Səbinənin Poladla intim görüntülərindən yalnız arvadım Zivərlə özümün xəbərimiz olub. Yaşar yaşadığımız kəndə qayıtdıqdan sonra Səbinənin Poladla yazışmalarının olmasını, buna görə də onu atası evinə yola saldığımı bildirdim. Poladla intim münasibətlərini əks etdirən görüntülər barədə Yaşara heç nə demədim".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Yaşar 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Xəbəri paylaş

3198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___