Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Niyə “zəriflərə” kişilərdən daha az maaş verilir? - AKTUAL
Tarix: 28-03-2022 | Saat: 09:08
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər




Statistik məlumatlara görə, Azərbaycanda bütün sahələr üzrə kişilərin maaşı qadınların maaşından yüksəkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ildə Azərbaycanda muzdla işləyən kişilərin orta aylıq əməkhaqqı 830 manat, qadınların orta aylıq əməkhaqqı isə 526 manat olub. Bu, o deməkdir ki, Azərbaycanda kişilərin orta aylıq əməkhaqqı gəlirləri qadınlarınkına nisbətən 58 faiz və ya 304 manat daha yüksək olub. Kişilər qadınların daha asan, rahat şəkildə iş tapdıqlarını desələr də, əslində, qadınlara təklif olunan əmək haqqı daha azdır.

Niyə qadınlara daha az əmək haqqı təklif olunur? Ümumiyyətlə, qanunvericilikdə bu sahədə qadın-kişi fərqi varmı? Dia.az-ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya bildirib ki, kişi və qadınların əmək haqlarında yaranan fərqin bir çox səbəbləri var:

"Bizim qanuna görə, eyni dərəcəsi, eyni ixtisası olub, eyni işi yerinə yetirənlərə cinsindən asılı olmayaraq bərabər əmək haqqı alır. Bizdə, təxminən, 1 milyon 700 min muzdla işləyən var. Onun da az qala 1 milyonunu dövlət sektoru əhatə edir. Dövlət sektorunda isə qadınların sayı daha çoxdur. Məsələn, səhiyyə, təhsil, mədəniyyət, elm və s. Bu sahələr büdcə təşkilatlarıdır və əmək haqqı da azdır. Neft sektorunda kişilər üstünlük təşkil edir ki, həmin sahədə əmək haqqı yüksəkdir. Bunları orta hesabla götürdükdə, Azərbaycanda muzdla işləyən bütün kişilərin orta əmək haqqı ilə qadınların orta əmək haqqı arasında fərq əmələ gəlir. Amma bu, eyni işi yerinə yetirən kişi və qadına aid deyil. Həmişə belə olub. Sovet vaxtı yüngül sənaye daha geniş inkişaf etmişdi, bu sahədə qadınlar çox işləyirdi. Ağır sənayedə isə kişilər işləyirdi və kişilərin maaşı qadınların maaşından az qala iki dəfə çox idi. İndi də büdcə təşkilatlarında qadınlar daha çox işləyir və əmək haqqı da azdır".

Sahib Məmmədov hesab edir ki, təhsil sferasında məktəb direktorları, inzibati vəzifələri daha çox kişilər yerinə yetirdiyi üçün belə fərq yaranır: "Kişilər ailədə əsas qazanc gətirən hesab olunur deyə daha çox dərs yükü götürməyə çalışırlar. Elmi müəssisələrdə isə elmi dərəcə daha çox kişilərdədir. Bu fərq ondan əmələ gəlir. Amma eyni kafedrada, eyni fənni tədris eləyən, eyni dərs yükü olan, eyni stajlı qadın və kişi arasında əmək haqqı fərqi ola bilməz. Qeyri-formal əmək bazarında vəziyyət başqadır. Tibb bacılarının əksəriyyəti qadınlardır. Elə iş yerləri var ki, qadınların sağlamlığı baxımından onlara işləmək icazəsi verilmir".

Sədr qadınların asanlıqla iş tapmalarının mümkün olmadığını deyib:

"Qadınlar yalnız səhiyyə, təhsil sahəsində iş tapırlar. Ümumiyyətlə, təhsili planlaşdıranda da iş yerləri bəribaşdan bəlli olan sahələri seçirlər. Kişilər qeyri-formal əmək bazarında bənna, suvaqçı işi tapırlar. Bunlar da rəsmi qeydiyyatda deyil. Bütün statistika da rəsmi əmək müqaviləsinin üzərində aparılır. Əmək bazarının ümumi rəqəmlərini vermir. Əsasən ailəni saxlayan kişi olduğu üçün bir çox hallarda onlar daha ağır işlərə gedirlər ki, əmək haqqı çox olsun. Ticarət sektorunda işləyənlərin 70-80 faizi rəsmi əmək münasibətlərinin tərəfi deyil".

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan“Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Xəbəri paylaş

3818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___