Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suyu ilıq içməyin orqanizmə 7 faydası
Tarix: 24-03-2022 | Saat: 12:37
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Suyu ilıq içməyin orqanizmə 7 faydası




Suyun orqanizmə olan faydaları saymaqla bitməz. Lakin müxtəlif temperaturda içilə bilən suyun xeyri onun istilik dərəcəsinə görə dəyişir.
Ilıq su içərkən orqanizmdə baş verən müsbət dəyişiklikləri təqdim edirik.
1. Dərini təmizləyir
İlıq su bədəndəki toksinləri, zərərli maddələri təmizləyir. Belə ki, bu suyu içdikdən sonra bədən temperaturu artır və tərləməyinizə səbəb olur. Bədəni daxildən təmizləyərək sızanaqların yaranması azaldır. Bu da daha sağlam və parlaq cildə sahib olmağınıza yardımçı olur.
2. Erkən yaşlanmanın qarşısını alır
Toksinlər dərinizin daha sürətli qocalmasına, göz altının qaralmasına, şişməsinə, qırışların artmasına səbəb olur. İlıq su içməklə zədələnmiş dəri hüceyrələrini bərpa edə bilərsiniz ki, bu da dərinizə daha hamar və dolğun görüntü bəxş edəcək.
3. Baş dərisindəki qaşınmanı azaldır
İsti su baş dərisini nəmli saxlayır, bu da kəpəyin ehtimalını azaldır. Həmçinin baş dəriniz sağlam və nəmli olduqda, saçlar daha parlaq, canlı və yumşaq olur. Eyni zamanda, ilıq su saç köklərindəki sinir uclarını aktivləşdirərək saçın uzanmasını stimullaşdırır.
4. Dərini daha parlaq edir
Bu suyu istehlak etmək bədəndəki yağları parçalayır, qan axınını tənzimləyir, əzələləri isə yumşaldır. Artan qan dövranı dəri hüceyrələrini cavanlaşdırır, qidalandırır və oksigenlə təmin edir.
5. Mədə-bağırsağın fəaliyyətini aktivləşdirir
Mədə-bağırsaq problemləri qidadan kifayət qədər vitamin almağa imkan vermir. Bu isə dəriyə öz təsirini göstərir. 1 stəkan ilıq su içərək bu problemdən qurtula bilərsiniz.
6. Dərinizi nəmləndirir
Nəmləndirici kreminiz nə qədər bahalı olsa da, kifayət qədər su içməsəniz, dərinizi qırışlardan qoruya bilməyəcəksiniz. Gündəlik ilıq su içmək cildin tonunu tarazlayır, şişkinliyi azaldır, qırışların yaranmasını ləngidir.
7. Vücudu infeksiyalardan qoruyur
1 stəkan ilıq su içmək böyrəklərin iltihabla mübarizəsinə yardımçı olur. Bu həm də toksinlərin bədəndən xaric olmasına imkan yaradan ən effekli üsuldur. Təsirini artırmaq üçün ilıq suya bir neçə damla limon suyu da əlavə edə bilərsiniz.


Xəbəri paylaş

3378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___