Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatala sakini əməliyyatdan sonra dünyasını dəyişib - Səbəb həkim səhlənkarlığıdır?
Tarix: 24-03-2022 | Saat: 11:24
Bölmə:Karusel / Hadisə | çapa göndər


Zaqatala rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatından sonra ana dünyasını dəyişib.  
Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, Zaqatala rayonu, Çökəkoba kənd sakini 26 yaşlı Rəna Ramazanova uşaq dünyaya gətirmək üçün 18 mart tarixində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Həmin gün doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq- həkim Rəna Sultanova onun 19 mart tarixində qeysəriyyə əməliyyatı edilməsinin lazım olduğunu bildirib. Əməliyyatdan sonra Rəna Ramazanova qız uşağı dünyaya gətirib. 
Valideyinlərinin verdiyi məlumata görə, əməliyyatdan bir gün sonra Rənanın bədənində dözülməz ağrılar baş qaldırıb. Lakin xəstənin yaxınlarına həkimlər tərəfindən ciddi bir şey olmadığı bildirilib. Ancaq Rənanın həyat yoldaşı ilə danışığından hər şey bəlli olur.
Xəstənin vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rənanı reanimasiya şöbəsinə yerləşdiriblər. Bundan bir neçə saat sonra isə ana dünyasını dəyişib. Mərhumun yaxınları Rənanın ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər.
Zaqatala rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinə zamanı ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon Prokuroluğunda araşdırma aparılır.



Xəbəri paylaş

3188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___