Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayram bazarlığı üçün ən ucuz ünvan - Yarmarkada qiymətlər neçəyədir?
Tarix: 19-03-2022 | Saat: 13:39
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



Novruz milli bayramımız olduğundan, bu bayramın illərdir qorunub saxlanan, nəsildən-nəslə ötürülən ənənələri var. Bunlardan ən əsası Novruzda süfrənin bəzədilməsi, bu bayramda bişirilən təamların süfrəyə düzülməsidir. Bəs görəsən, Novruzda bayram süfrəsi açmaq neçəyə başa gələcək? Bu suala cavab tapmaq üçün Sputnik Azərbaycan paytaxtda kənd təsərrüfatı məhsullarının ən ucuz satıldığı məkanlardan birində, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanındakı "Kənddən şəhərə" yarmarkasında olub.

Yarmarkada məhsul çeşidi çox olsa da, alıcı sarıdan qələbəlik müşahidə olunmurdu. Qiymətlər isə elə yarmarkanın girişindəki lövhədə əks olunmuşdu. Yarmarkanın girişində həmsöhbət olduğumuz qəbələli fermer Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, Bayram Mənsimov bildirib ki, alıcılar bütün məhsulların qiyməti ilə elə girişindəcə tanış ola bilər: "Mən öz məhsulumu gətirmişəm. Demək olar ki, yarısını satıb qurtarmışam. Ümid edirəm bayrama qədər gətirdiyim məhsulların hamısı satılar".

B.Mənsimov qiymətlərin bazarla müqayisədə sərfəli olduğunu bildirib. Onun sözlərinə görə, onlar yer haqqı vermədiklərindən qiymətləri aşağı təklif edirlər: "Özünüz də bazarla müqayisə etsəniz, görəcəksiniz ki, qiymətlər fərqlənir".
Yarmarkada satılan məhsulların qiyməti çeşidinə görə fərqli idi. Burada mal əti 8-9 manata təklif olunurdu. Çolpa 5-6 manat idi. Bayram süfrəsinin bəzəyi olan plovu hazırlamaq üçün əsas məhsul olan düyü 3-4 manata satılırdı. Şabalıd 9-10 manata, gavalı qurusu 5-7, kişmiş 4-6 manat idi. Ərik qurusu 14-18 manatdır.

Yarmarkada satılan ərinmiş kərə yağı 15-20, nehrə yağı 12-15 manata təklif olunurdu.
Bayramın atributları olan şəkərbura və paxlavanı hazırlamaq üçün istifadə olunan çərəzlərin qiyməti isə keyfiyyətinə görə dəyişirdi. Qoz ləpəsi 5-19 manata, fındıq ləpəsi 13-15, qabıqlı qoz 3,50-7 manat, qabıqlı fındıq 4,50-6 manatdır.
Novruz süfrəsini bəzəyən digər çərəzlərin qiyməti də bazara nisbətən aşağı qiymətə təklif olunurdu. Badam ləpəsi 16-18 manat, püstə 22-24, fıstıq 4 manatdır.
Meyvələrdən alma 0,70- 2,50 manat, armud 1,30-2,70, heyva 0,80-0,90 qəpik, nar 1,30-2,50, portağal 1,75-2 manat, mandarin 2,50-2,80, üzüm 1,50-2 manatdır.
Novruzun atributu olan səməninin qiyməti isə 1-8 manat arasındadır.

Alıcılar Sputnik Azərbaycan-a bazarla müqayisədə yarmarkanın ucuz olduğunu desələr də, aldıqları bazarlığı evə aparmağın çətin olduğunu bildirdilər. Almaz Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yarmarkanın bir ünvanda olması onları bir qədər çətinə salır: "Burada 15 manata olan fındıq ləpəsi bazarda 17 manatdır. Amma alıb aparmaq çətindir. Yaxşı olardı ki, bir neçə ünvanda təşkil olunsun".
Digər alıcı Azad Xəlilov isə bayram bazarlığının əsas hissəsini yarmarkadan etdiyini bildirdi: "Əsas bazarlığı yarmarkadan etmişəm. Nə çatmırsa, gəlib yenə alıram. Bazarla müqayisədə qiymətlərdə 1 manatdan 5 manatadək fərq var".
Gədəbəydən yarmarkada bal satan Seymur İrzayev isə alıcıların o qədər də çox olmadığını bildirdi: "Camaatda əvvəlki kimi pul yoxdur. Əvvəlki illərdəki kimi bayram bazarlığı edə bilmirlər".

Qeyd edək ki, martın 12-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunan "Kənddən Şəhərə" yarmarkalarının əsas məqsədi yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutur. Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və s.) da təmin olunublar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.

Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-yə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.
Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.
"Kənddən şəhərə" yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Xatırladaq ki, "Kənddən Şəhərə" həftəsonu yarmarkası martın 20-dək fəaliyyət göstərəcək.


Xəbəri paylaş

2258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___