Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar kəndlərə gedən yolların bağlanmasına səbəb olub.
Rayonun yüksək dağlıq ərazisində yerləşən kəndlərdə qarın hündürlüyü 1 metrə çatıb.
Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar görünmür, əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür.
Hazırda kənd yollarında qalın qar örtüyü olduğuna görə, yerli sakinlər bir neçə gündür ki, nəqliyyat vasitələrini küçəyə çıxara bilmir, qarın əriməsini gözləyirlər. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə evin, tövlənin və yardımçı tikilinin dam örtüyü qarın təsirindən çöküb.
Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.
İsmayıllıya 1 metr qar yağıb, Lahıcda qar uçqunu olub - VİDEO
Tarix: 19-03-2022 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3178 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-03-2022 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
3-12-2021, 20:38
Göyçayın baş həkimi işdən ÇIXARILDI
4-06-2016, 12:40
Puşkov: “AB-nin Rusiyaya ehtiyacı var”
29-08-2016, 18:28
Tanınmış aparıcı ağır qəza keçirdi - SON DURUM+FOTO
2-04-2024, 16:24
Nazirdən şad xəbər: Maaş və pensiyalar artırılacaq
29-11-2015, 16:33
Lənkəran ağsaqqalları Nardaran hadisələrilə bağlı müraciət yayıblar
4-05-2019, 13:27
Bazar günü 27 dərəcə isti olacaq - PROQNOZ
6-05-2021, 15:34
Kişini qadından nə soyudur? - SƏBƏBLƏR