Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.
DİN-dən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.
Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib.
Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə olan civə aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
DİN-dən ƏMƏLİYYAT: 38 nəfər həbs edildi (VİDEO)
Tarix: 02-03-2022 | Saat: 09:55
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3918 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-03-2022 | Saat: 09:55
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
20-11-2017, 12:25
Bakıda İNANILMAZ HADİSƏ - Binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar - FOTO
5-07-2015, 16:18
Erməni zabitlər Laçında Bax Belə Həlak oldu (VİDEO)
11-04-2023, 15:11
Aparıcı Əməkdar artisti efirə buraxmadı: "Xalqa və efirə qarşı hörmətsizlik edirsən" - VİDEO
15-11-2017, 10:56
Əmək pensiyaları ARTIRILIR
26-08-2023, 11:48
Bakıda DƏHŞƏT: "makler" binanın həyətində özünü asdı
25-11-2022, 00:51
Qalib Həsənov Ağcabədi Mədəniyyət şöbəsini talayıb?
13-09-2016, 01:15
Təcavüzkarı evinə çağırıb öldürdü
7-04-2022, 14:55
Bazar günü də süpürgəçiləri yol və küçələrdə işlədən Yasamal MKTB rəhbəri ƏDALƏT BAĞIROV bildirdi
1-02-2020, 15:51
Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu