Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukrayna cüdoçusu: Avropa oyunlarındakı hərəkətimə görə hələ də utanıram
Tarix: 20-08-2015 | Saat: 21:12
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Ukrayna cüdoçusu: Avropa oyunlarındakı hərəkətimə görə hələ də utanıram
“Həmin an özümə hakim kəsilə bilmədim”.

Bakıda keçirilən Avropa Oyunalrının ikiqat mükafatçısı, ukraynalı cüdoçu Yakov Hammo Avropa oyunlarında komanda yarışlarında bürünc medalı qazandığı an keçirdiyi emosiyalarından danışıb.

“Mən həyatda da, tatamidə də təvazökar olmağa çalışıram. – Oxu.Az cüdoçunun “Sport ekspress v Ukraine” nəşrinə verdiyi müsahibəsindəki sözlərindən sitat gətirir. – Avropa Oyunlarındakı komanda yarışında macarlar üzərində qələbədən sonra hərəkətimə görə hələ də utanıram. Mən tullanaraq zalın eşidə biləcəyi səslə söyüş söydüm. Uşaqlar sonra mənə gülürdülər. Həm də valideynlərimin qarşısında ayıb idi. Amma emosiyalar aşıb-daşırdı, həmin an özümə hakim kəsilə bilmədim”.

Ukrayna yığması Macarıstan yığmasına qalib gələrək Avropa oyunlarında komanda turnirində bürünc medalı qazandı. Daha öncə Yakov Hammo ağır çəki kateqoriyasında aparılan fərdi yarışlarda 3-cü yeri tutumuşdu.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___