Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana və övladlarını öldürən şəxs məktəb direktoru işləyib - ŞOK TƏFƏRRÜAT
Tarix: 21-02-2022 | Saat: 13:14
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
Bu barədə  onun yaxınları məlumat verib.
Məktəbdən isə fakt təsdiqlənib. Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb:
"O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər".
Vurğulanıb ki, Əhəd Əliyevin fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub:
"Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi".
Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oxu.az-ın əldə etdiyi digər məlumata görə isə, qətlin bir neçə təfərrüatı məlum olub. 
Belə ki, ailənin yaxın qohumu olan qatilin (qadının bacısının əri) 23 min manat borcu olub. 
Borcunu qaytarmaq istəyən Əhəd Əliyev çıxış yolu olaraq qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib. 
Məlumat üçün bildirək ki, qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR şoferi olub, onun ölkə xaricində olmasını öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.


Xəbəri paylaş

4138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___