Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətanət Əsədova ona edilən hədiyyədən danışdı: “Birinci evin açarı gəldi, amma...”
Tarix: 20-02-2022 | Saat: 13:20
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Mətanət Əsədova ona edilən hədiyyədən danışdı: “Birinci evin açarı gəldi, amma...”



Müğənni Mətanət Əsədovaya maşın hədiyyə ediblər.
Bu barədə o, “Zaurla Günaydın” proqramında danışıb. Sənətçi deyib ki, ona maşın bir fanatı tərəfindən hədiyyə olunub:
“Bir məclisə getdim. Pulumu artıqlaması ilə verdilər. Zəng etdilər ki, istəyirəm sizi misafir çağırım, sizə sürprizim var. Dedim sürpriz etdiniz, sağ olun. Sonra qayıtdı ki, xahiş edirəm, ananızın əziz canına and verirəm. Söylədim ki, anamın adını çəkməyin, yaralı yerimdir.
Nəysə getdim, gördüm 20 nəfərlik stol açılıb. Bir həmin adam, bir mən, bir də xanımı var idi. Oturduq, sonra birinci evin açarı gəldi. Amma ev elə bir yerdə idi ki, dedim orada yaşaya bilmərəm.
Çünki Bakıdan bir az kənarda yerləşirdi. Sonra dedi ki, gördüm sizin maşınınız yoxdur. Dedim, hə, yeni satmışam. Qarşıma jurnal qoydu. “Range Rover”, “Porsche” kimi maşınlar var idi idi. Mən də utandığımdan deyə bilmirəm ki, bu olsun.
Yenə ucuzunu göstərdim. Birinci dəfə deyil ki, verirlər, o qədər hədiyyə ediblər. Sən demə həmin adam məndən başqa kimsəyə qulaq asmırmış. Deyir,biz səni səhnədə gördük, necə kübar idin”.



Xəbəri paylaş

4728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___