Qarğıdalı saçaqları xalq təbabətində çox geniş istifadə olunur. Hamı bilir ki, saçaqlar sidikqovucu təsirə malikdir və sidik ifrazı sistemi xəstəlikləri zamanı çox faydalıdır.
Lakin kalsium, kalium, maqnezium, fitonsid, antioksidantlarla zəngin olan saçaqların faydası tək bununla bitmir.
Qarğıdalı saçaqları orqanizmdə iltihabı azaldır. Bildiyimiz kimi, xroniki iltihab bir çox xəstəlikləri və o cümlədən ürək xəstəlikləri, diabet və xərçəngin riskini artırır.
Antioksidantlarla zəngin olan qarğıdalı saçaqları orqanizmə sərbəst radikalların təsirini azaldaraq qocalma proseslərini ləngidir.
Saçaqlar qanda şəkərin səviyyəsini aşağı salır, qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır.
Flavonoidlər sayəsində qarğıdalı saçaqları qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlklərinin əsas səbəbi olan aterosklerozun inkişafının riskini azaldır.
Sidikqovucu təsirə malik olan qarğıdalı saçaqları yüksək təzyiqi tənzimləməyə yardım edir.
Saçaqlar orqanizmi ziyanlı maddələrdən təmizləyir, iştahanı azaldaraq arıqlamağa yardım edir.
Kalium və maqneziumla zəngin olan qarğıdalı saçaqları ürəyin sağlamlığını qoruyur.
Qarğıdalı saçaqları sinir sisteminə də çox müsbət təsir edir, Alheymer xəstəliyinin riskini azaldır.
Mütəxəssislər saçaqları çay kimi dəmləyib içməyi tövsiyə edirlər. Bunun üçün kiçik termosa 1 ç.q. təzə saçaqlar və bir neçə nanə yarpağını tökün, üzərinə 1 stəkan isti su əlavə edin, 30 dəqiqə dəmləyin, sonra yaxşı süzün və adi çay kimi için. Çayın dadını yaxşılaşdırmaq üçün ona bir az limon şirəsini də əlavə edə bilərsiniz.
Sidikqovucu, təzyiq və şəkər dərmanlarını qəbul edən insanlar diqqətli olmalıdır. Çay dərmanların təsirini artıra bilər.
Qarğıdalı saçaqlarından ŞƏFALI ÇAY. Faydaları və düzgün qəbulu
Tarix: 16-02-2022 | Saat: 11:08
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
4058 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-02-2022 | Saat: 11:08
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
22-08-2015, 00:06
Dişləri çürüyənlərin nəzərinə
29-08-2015, 09:33
Məhşur boksçudan inanılmaz hərəkətlər - (VİDEO)
2-10-2015, 00:33
Azərbaycana yağış yağacaq
29-04-2016, 14:33
İran boş kürsülərə deputat seçir
21-08-2016, 20:36
PARODİYAÇI CEYHUN ANASININ AD GÜNÜNÜ TƏBRİK ETDİ. – FOTO
30-11-2015, 20:09
İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
9-04-2019, 15:24
Azərbaycanlı və erməni fahişələr birgə tutuldular -Video
10-01-2016, 11:24
Müdafiə naziri: İranla müharibə fəlakət olar