Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgililər gününü evdə maraqlı keçirin!
Tarix: 14-02-2022 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər


Hər özəl gün kimi fevralın 14-ü də fərqlilik etmək istəyirsiniz. Amma bu, çox vaxt sizin üçün bahabaşa gələ bilir. Məsələn, sevgiliniz, ya da həyat yoldaşınızla gedib restoranda yemək yesəniz, pul qabınız boş qalır. Yaxud da həmin ay müxtəlif maddi çətinliklər yaşayırsınız. Lakin sevgililər gününü evdə də gözəl keçirə biləcəyinizi, yadda qalan edəcəyinizi unutmayın!
Necə?
Sizə 14 fevralı evdə maraqlı edə biləcək tövsiyələri təqdim edirik:
Birincisi, məqsədə görə geyinin.
Xüsusilə də köhnə idman şalvarınızdan uzaq durun. Yaxud da bunun tam tərsi- bahalı paltarlar, yeni ayaqqabılar geyinməyinizə də gərək yoxdur. Lakin xüsusi hazırlaşın. Sevgilinizə ən gözəl tərəfinizi göstərin. Bir az da içinizdəki əyləncəli tərəflərə yönəlin.

İkincisi, əllərinizdən istifadə edin.

Sevgilinizi masaj edin demirik. Əllərinizi şam yeməyi hazırlamaq üçün istifadə edin. Bəli, sifariş vermək sizin üçün rahat ola bilər. Amma bu rahatlığı başqa günlərə saxlayın. Sevgililər günündə yemək bişirin! Sadə bir resept tapın, əvvəlcədən bazarlıq edin. Bu komanda işi olmalıdır. Yəni sevgilinizlə birgə yemək bişirin. Hər ikiniz üçün də maraqlı olacaq.

Üçüncüsü, əyləncəli olun!
Birlikdə romantik film, ya da serial izləmək kimi gözlərinizi “həbs edən” şeylərdən uzaq durun. Bunun əvəzinə oyun oynayın. Yəni filmi istənilən günlərdə izləyə bilrəsiniz. Bu sizi bir araya gətirməz. Lakin oyunda daha çox ünsiyyətdə olar və əylənərsiniz. Daha əyləncəli və rəqabət tələb edən oyunları seçin.

Dördüncüsü, hərəkətə keçin!
Sevgililər günü fərqlilik istəyir. Hər zamankindən daha fərqli bir şey edin. Çox da çətinə düşməyin. Sizə də maraqlı gələn, gününüzü daha gözəlləşdirən nələrsə edin. Amma bunları yeməkdən əvvəl etsəz, daha məqsədə uyğundur. Çünki şam yeməyindən sonra özünüzü yorğun hiss edə bilərsiniz. Ya da evə gələn kimi ən sevdiyiniz şərabdan için. Evdə qalmağın ən yaxşı tərəflərindən biri də bütün günü başqa kimsəni, ofisiantı, taksi sürücüsünü və sairəni görməyəcəyinizdir. Sadəcə ikiniz olacaqsınız!





Xəbəri paylaş

3948 dəfə oxunub.

Digər xəbərlər
9-02-2020, 19:38 Səsvermə başa çatdı

bütün xəbərlər
____ Instagram ___