Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 7-ci sinif şagirdi intihar etmək üçün... - VİDEO
Tarix: 11-02-2022 | Saat: 11:27
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 7-ci sinif şagirdi intihar etmək üçün... - VİDEO 



Bakıda məktəbli qız özünü təhsil aldığı məktəbin binasından atmaq istəyib. Sinif otağında pəncərədən özünü atmaq istəyərkən hadisəni görən müəllim onu xilas edib. Məktəbdən verilən məlumata görə, şagird bu addımı atmasına səbəb kimi ailəsində valideynləri arasında olan problemi göstərib. Məsələyə Bakı Şəhər Təhsil İdarəsindən də münasibət bildirilib.
Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib. 13 yaşlı məktəbli qız üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.
Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov bildirdi ki, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallar olub.
Qızın ailəsi ilə danışıqlar aparıldıqdan sonra hadisə barədə dərhal Bakı Şəhər Təhsil İdarəsinə və ərazi üzrə polis bölməsinə məlumat verilib. Məktəbin direktor müavini Elşən Muqumov onu da bildirdi ki, şagirdə qarşı şiddət olmayıb.
Bakı Şəhər Təhsil İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. "Bu kimi hallara qarşı reallaşdırılan profilaktiki işlər çərçivəsində məktəblilərin psixoloji dayanıqlılığının artırılması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməmələri əsas amil kimi diqqət mərkəzində saxlanır", - deyə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.










Xəbəri paylaş

5358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___