Orta məktəblərdə şagirdlərin qeyri-normal davranışları vaxtaşırı olaraq gündəmə gəlir. Bir qrup insan şagirdlərin məktəbdəki bu davranışlarına görə müəllimləri günahlandırır, bir qrup isə bunun normal olduğunu, keçmişdə də bu kimi halların baş verdiyini, lakin bu qədər şişirdilmədiyini deyirlər.
Bu barədə açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, məktəblərdə idman infrastrukturu yoxdur.
Fazil Mustafanın fikrincə, uşaqların gərginliyini çıxarmaq üçün mühit olmadığı üçün şagird bütün enerjisini müəllimə və başqalarına yönəldir:
"Həddən artıq intizam da uşaq üçün faydalı olmaya bilər. Bu zaman uşaq sərbəst düşüncədən məhrum olur. Uşağa düşüncə azadlığı verilməlidir. Onları prosesləri öz ağlı ilə təhlil edə bilən modern reallıqların bir məhsulu kimi yetişdirmək lazımdır. Bu gün məktəblərdə belə bir mühit yoxdursa, bunun günahı şagirdlərdə deyil.
Müəllimin də hazırda imkanları məhduddur və sosial gərginliyi daha çoxdur. Müəllimlər böyük sıxıntı içində yaşayan insanlardır və şəxsi problemini həll edə bilmirlər. Məsələn, evlə, ailə ilə bağlı, gəlir səviyyəsinin aşağı olmasından doğan problemlər var. Bu kimi məsələlərdə ciddi təhlil aparmaq lazımdır. Müəllim hansı sıxıntıdan keçərək dərsə gəlir, bunu anlamaq lazımdır. Təhsil anlayışımız elə sovet dövründə də bərbad olub, indi də bərbaddır. Bizim məktəb və təhsil modelimiz saxta statistika üzərində qurulub. Bu modellə biz hər hansı bir inkişafı təmin edə bilmərik".
Psixoloq Gülnar Orucova isə bildirib ki, bu gün məktəblərdəki şagirdlərin özlərini qeyri-adekvat aparması əslində düzgün olmayan təlim-tərbiyə sistemindən xəbər verir:
"Şagirdlərin bu davranışlarının günahı müəllimlərdə deyil, sistemdədir. Bu barədə Təhsil Nazirliyi tədbir görməlidir. Uşaqların məktəbə telefon aparması qadağan olunmalıdır. Məktəb psixoloqları da öz işlərinin öhdəsindən gələ bilmirlər. Ümumiyyətlə, məktəblərdə psixoloq çatışmazlığı var. 2-3 min şagirdi olan bir məktəbə 1 psixoloq heç nə edə bilməz".
Psixoloqun fikrincə, məktəb müəllimləri repetitor fəaliyyəti ilə məşğul olurlar, şagirdlərlə həddən artıq yaxın münasibət qururlar və bəzi şeylərə göz yumurlar:
"Müəlimlərin repetitorluq fəaliyyətini qadağan etmək lazımdır. O zaman məktəbdə müəllimlər dərs keçməyə daha həvəsli olarlar".
Psixoloq qeyd edib ki, bizdə ən böyük problem oxumaq istəməyən, heç bir məqsədi olmayan uşaqların zorla məktəbə cəlb olunmasıdır:
"Təhsil məcburi deyil. Əgər uşaq oxumaq istəmirsə, qoy oxumasın. Digər ölkələrlə müqayisədə Azərbaycanda dərs proqramı o qədər ağırdır ki, uşaqlar dərsdən bezirlər".
Dərs proqramı ağır, əyləncə yox: uşaqlar bezir...
Tarix: 09-02-2022 | Saat: 14:08
Bölmə:Karusel / Təhsil | çapa göndər
Xəbəri paylaş
4588 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-02-2022 | Saat: 14:08
Bölmə:Karusel / Təhsil | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
3-04-2016, 12:47
Rusiya telekanalından Azərbaycana qarşı təxribat - video
15-02-2016, 23:39
Ukraynada 286 nəfər qripdən ölüb
10-12-2018, 16:37
“7-ci sinifdə oxuyan qızla evlənmişəm” - Müəllim efirdə etiraf etdi
2-09-2023, 10:10
Bakıda bu tarixdən hava kəskin pisləşəcək - Temperatur 7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
15-09-2016, 13:30
Xərçəng xəstəsi olan rejissordan ÜRƏKPARÇALAYAN SÖZLƏR - FOTO
25-09-2016, 14:32
Təmirsiz binalardan ev almayın – Təhlükə
10-10-2016, 23:37
Cavid Qurbanov ağır durumda olan kəlbacərli məcburi köckünün müalicəsinə köməklik göstərdi
21-04-2015, 21:30
Efirə bu geyimdə gəldi – VİDEO
19-06-2019, 11:17
Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı
19-02-2023, 12:57
Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə… - "Qorxma, arxandayam"