Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Atası Məryəmin boğazına məftil keçirib arvadını hədələyirmiş: Əzab vermək maddəsi ilə cinayət işi açıldı
Tarix: 05-02-2022 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Atası Məryəmin boğazına məftil keçirib arvadını hədələyirmiş: Əzab vermək maddəsi ilə cinayət işi açıldı 


Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov cinayət məsuliyyətinə cəlb edilib.
T.Allahyarova Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb. T.Allahyarovun yaxın saatlarda Xəzər rayon Məhkəməsinə çıxarılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Xatırladaq ki, ötən gün T.Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.
Veriliş zamanı T.Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb.
Görüntülərdə T.Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr əks olunub.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək T.Allahyarovu saxlayıblar.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M.Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilirdi.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M.Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.








Xəbəri paylaş

3608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___