Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elə bilirlər qripdirlər, amma əslində "Omikron"a yoluxublar - Əhaliyə ÇAĞIRIŞ
Tarix: 05-02-2022 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Elə bilirlər qripdirlər, amma əslində "Omikron"a yoluxublar - Əhaliyə ÇAĞIRIŞ 


"Yoluxanların sayının daha da artacağı gözlənilir".
Bunu açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.
Mütəxəssis bildirib ki, yoluxma rəqəmləri reallığı əks etdirmir:
"Əslində bizdə yoluxma sayı hələ pik nöqtəyə çatmayıb. Hazırkı vəziyyət dalğanın ortaları kimi qiymətləndirilir. Üzümüzə gələn həftə ölkədə yoluxma sayında pik nöqtə qeydə alınacaq. Daha sonra yoluxanların sayındakı rəqəmlər bir qədər stabil davam edib, yenidən xəstə sayı azalacaq.
Son günlər ölüm halındakı rəqəmlərin artımının səbəbi yanaşı xəstəliklərdir, bir də vaksinasiya olunmamaqdır. Əslində ölənlər vaksinasiya olunmayan və yaxud da ki, böyük əksəriyyəti vaksin kağızı olub vaksinasiyadan keçməyən şəxslərdir. Çünki ölkə ərazisində olan bütün vaksinlər bu və ya digər faiz nisbəti baxımından fərqlidir. Antitel yaranır və o antitellər qoruyur. Təbii ki xəstəliyi yüngül keçirməyimizə səbəb olur. Əsas ölüm göstəricisi, çox təəssüf ki, ağır yanaşı xəstəliyi olanlarda, bir də vaksinasiya olunmayanlardadır.
Nəzərə alsaq ki, hazırda bəzən olur ki, testlər xəstə olduğu halda da neqativ çıxır və böyük əksəriyyət də ümumiyyətlə test vermir, həm də yüklənmə nəticəsində xəstələrin günündə (vaxtında) düzgün müayinəsi aparılmadığına görə hazırkı yoluxma rəqəmləri hələ aşağıdır, bəlkə də, ölkədə yoluxanların sayı hazırda 10 mindir. Sadəcə biz bunların 6-7 minini bilirik.
Əslində hazırda digər mövsümi xəstəliklərin sönüm dövrüdür. Artıq o sözügedən mövsümi hava damcı infeksiyaları 2 ay ərzində öz dalğalarını keçirtdilər. Hazırda, demək olar ki, bütün qripə bənzər əlamətlərin 90%-i elə COVID-dir, Omikron ştammıdır. Sadəcə onlar yüngül keçirirlər, yenə qeyd edirəm, vaxtında müayinə olunmadıqlarına görə, - virusun testdə çıxma günləri var, - və bir-iki günə keçirirlər, bir az tez keçirirlər, elə bilirlər, qripdirlər, amma əslində elə COVID-dir. Çünki hazırda mövsümi qriplər çox azdır, bir paraqripdir, bir influenzadır, o da ki, artıq tək-tək hallarda qeydə alınır. Böyük əksəriyyət artıq "Omikron"dur. Bu dəqiqə kütləvi yoluxma gedir.
Çox güman ki, bu səbəbdən də gələn həftə yoluxanların sayı 10 mini keçəcək. Sadəcə ambulator - Təcili Yardım və poliklinikalarda COVID məntəqələrinin işi o qədər ağırdır və işçi heyəti də azdır deyə yoxlama işləri ilə bağlı müraciətlər çox ləngiyir. Rəqəmlər qalsa belə, yoluxanların sayı dayanmadan artır.
Hələ ki, stansionarda yüklənmə 20%-dən çox deyil, rəqəm sayı yüksək olsa da ağırlaşmalar çox deyil. O ölüm sayı 20%-in içindəndir. Hazırda boş çarpayı sayı çoxdur, o baxımdan əslində stansionarın işi yüngüldür. O səbəbdən də hər hansı bir qapanmanın olacağını ehtimal etmirəm. Bizdə ambulator xidmət çətin vəziyyətdədir. Xəstəliyi ayaqüstü keçirənlərə xidmət edən həkimlərin vəziyyəti kritikdir, eyni anda 100, 200 xəstəyə xidmət edirlər".



Xəbəri paylaş

3698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___