Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK, qar yağacaq - Umayra Tağıyeva AÇIQLADI
Tarix: 25-01-2022 | Saat: 13:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi. Hazırda qonşu Türkiyədə və Rusiyada çox intensiv qar prosesləri müşahidə olunur. Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək burada hava şəraitinin kəskinləşməsinə səbəb olur. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki demək olar ki, əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq.
Türkiyədəki hava şəraitini Azərbaycanda gözləmək lazımdırmı?
U.Tağıyeva qeyd edib ki, bu cür intensivlikdə deyil, daha zəif formada artıq ayın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan MR-da, yəni respublikanın qərb rayonlarından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq: “Yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar yağması gözlənilir. Əsasən dağlıq və dağ ətəyi rayonlarda qar yağacaq və qarın bir qədər intensiv olması proqnozlaşdırılır. Lakin Türkiyədə baş verən proseslərlə müqayisədə, bu, daha yumşaq formada Azərbaycanda özünü göstərəcək.
Bununla yanaşı, ayın 27-də günü ikinci yarısında axşama doğru həm respublikanın rayonlarında, eyni zamanda paytaxtda şimal-qərb küləyinin gözlənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20, arabir 23-25 saniyəyədək olacaq. Yanvarın 28-də artıq gündüz saatlarında külək mülayimləşəcək, yağıntıların kəsilməsi isə ayın 28-də axşama doğru gözlənilir. Sonrakı 2-3 gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.
Xəbəri paylaş
3878 dəfə oxunub.
Digər xəbərlər

19-06-2022, 11:27
"Neçə iş yeri dəyişdim, amma reytinqi saxladım" - Xoşqədəm Hidayətqızı
17-06-2016, 15:16
Formula-1 pilotu qəza törətdi
3-03-2023, 10:22
Falqa ilə bişirilən yeməklər zob əmələ gətirir
13-12-2016, 12:15
Günay sevgilisi haqda: "Şəhərdə onun kimi oğlan yoxdur" -VİDEO
10-06-2016, 15:45
Bakıda 17 yaşlı qız özündən 15 yaş böyük ərini atıb qaçdı - MÜRACİƏT
24-08-2017, 10:18
ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu
9-06-2017, 13:17
Bu pulları çox yüksək qiymətə sata bilərsiniz - HAMIDA VAR - FOTOLAR
25-01-2020, 18:36
Putin Ərdoğana başsağlığı verdi
31-08-2022, 12:23
Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır