Prokuror "İdeal"ın sabiq rəhbərinə 8 il həbs cəzası istəyib - TƏFƏRRÜAT
Tarix: 17-01-2022 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Xeberaz.AZ APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini qeyd edərək İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı bildirib ki, İ. İsmayılov 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Həmçinin onun üzərinə həbs qoyulmuş əmlakı da müsadirə edilməlidir.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.
Proses yanvarın 31-də davam etdiriləcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
3138 dəfə oxunub.
Digər xəbərlər

2-05-2019, 21:30
Obama Tramp haqqında serial çəkəcək
7-05-2016, 00:13
Neftin qiymətindən nə xəbər?
18-10-2015, 16:07
Avro-2016-nın “pley-off” mərhələsinin püşkü atıldı
5-10-2021, 12:11
Uşaq evində acınacaqlı vəziyyət: Natəmizlik, kiflənmiş yataq və “VIP” yerlər - VİDEO
10-11-2015, 13:29
Disney qəhrəmanlarının qocalıq şəkilləri - FOTO
28-06-2015, 18:52
Prezident İlham Əliyev bolqar həmkarı ilə görüşdü (FOTO)
1-07-2015, 16:55
Robin Uilyams səhv diaqnoza görə özünü öldürüb
22-04-2017, 10:12
Bakıda oğul anasının cəsədi ilə bir neçə gün mənzildə qaldı
12-09-2016, 14:34
İflic xəstəsi evində yanaraq öldü - Bakıda
31-03-2017, 12:06
Bu ərazilərdə çox ucuz evlər inşa olunacaq - VİDEO