Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb. Minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edir. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılıb. Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılıb.
Bu tarixdə pensiyalar tam ödəniləcək
Tarix: 13-01-2022 | Saat: 10:37
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-01-2022 | Saat: 10:37
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
1-06-2016, 17:40
Qadınlar arasında “Ərdoğan müharibəsi” – Video
5-11-2020, 17:25
Jurnalistlərin Xankəndindən çıxa bilməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
20-06-2015, 19:11
Azərbaycanda iş adamlarının ikinci həbs dalğası başladı
17-12-2017, 00:17
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi -FOTO
20-06-2017, 15:42
Müəllimlərin işə qəbulu üçün ərizə qəbulu başlayır
13-05-2022, 09:11
"Qadınlar arıqlamaq üçün narkomanlıq edirlər" - Mehriban Zeynalovadan ŞOK AÇIQLAMA
25-01-2019, 08:08
Türkiyə xüsusi təyyarə ilə Maduronu qaçıracaq - ŞOK İDDİA
23-11-2015, 16:10
İŞİD qadınları etiraf edirlər - VİDEO