Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanıldı
Tarix: 05-01-2022 | Saat: 11:00
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı "Kazak qaz ondeu" təbii qaz emalı zavodunun direktoru saxlanılıb.
Bu barədə "Zakon.kz" məlumat yayıb.
Direktorla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.
Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.
Bildirilir ki, sözügedən zavod Manqistau vilayətini və Qazaxıstanın əsas hissəsini maye qazla təmin edir. Maliyyə Monitorinqi Agentliyi bu faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 3-dən kütləvi etiraz aksiyaları keçirilir. Buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb ediblər.
Etirazlardan sonra maye qazın qiyməti 50 təngəyə (0,11 dollar) endirilib. Lakin buna baxmayaraq aksiyalar davam edir. Bu gün isə Qazaxıstan hökuməti istefaya gedib. Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Xəbəri paylaş

4228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___