Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ŞOK: Evli qadın sübh namazını qılıb, sevgilisinə qoşulub QAÇDI - FOTO
Tarix: 27-12-2021 | Saat: 12:05
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycanda ŞOK: Evli qadın sübh namazını qılıb, sevgilisinə qoşulub QAÇDI - FOTO

Azərbaycanda 2 uşaq anası namaz qılandan sonra evdən qaçıb.


Bunu "Səni axtarıram" verilişinə müraciət edən qızı Rüfanə Məlikovanı axtaran ana bildirib.

O, qeyd edib ki, qızı aprelin 18-də evdən çıxıb:

"Onun 2 qızı var. Əvvəl uşaqlar bizdə idi, amma sonra apardılar. Qızım namaz qılıb, oruc tutur. Rüfanə qorxaq qız idi. Mən həyat yoldaşından şübhələnirəm. Kürəkənim necə kişidir ki, yanından qadını yoxa çıxıb?! Qızım namazını qılıb, orucunu tutub çölə çıxıb. Amma geri qayıtmayıb. Əri dedi ki, Rüfanə evdən çıxanda o yatmış olub. Qayınanası ümumiyyətlə telefonuma cavab vermir. Əvvəl münasibətimiz yaxşı idi. Amma Rüfanə itəndən zəngimə cavab vermir. Rüfanə həyat yoldaşı ilə sevib ailə qurub. Onlar qaçıb, evləniblər. Mənim iki qızım o evdə gəlindir. Mənim qızım oevdən yoxa çıxıb. Verilişə çıxacağımdan da o ailənin xəbəri yoxdur. Qızım itəndə birinci o ailə polisə müraciət edib".


Rüfanənin həyat yoldaşı Musa bildirib ki, o, səhər imsak vaxtından sonra evdən çıxıb:

"O, məni "Oyan, qorxuram" deyib oyatdı. Mən də yorğun olduğumdan oyana bilmədim. 3 gün idi ki, oruc tuturdu. Səhər saat 04:08-də Rüfanə "WhatsApp"da olub. Rüfanə ilə 6 ildir ki, evliyik. O, sadəcə zibil atmaq üçün çölə çıxırdı. Səhər saat 7-də anam dedi ki, Rüfanəni oyat. Dedim ki, yanımda yoxdur. Yəqin zibil atmağa gedib. Baxdıq ki, qapı açıqdır".

Aparıcı bildirib ki, Rüfanə tapılıb.

Verilişə zəng edən Rüfanə bildirib ki, hazırda çox xoşbəxtdir: "Mən ailə qurmuşam. İki uşağımdan da imtina edirəm. Anama dəfələrlə demişəm ki, mənə o evdə işgəncə verirlər. Məni həyat yoldaşım vəhşicəsinə döyürdü. Anamın da mənə verilən işgəncələrdən xəbəri var idi. Mən sadəcə şəxsiyyət vəsiqəmi istəyirəm".
 
Azərbaycanda











Xəbəri paylaş

4468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___