Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kovid kişilərin ata olmaq şansını azaldır
Tarix: 26-12-2021 | Saat: 10:50
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


Kovid infeksiyası kişilərdə spermanın səviyyəsinə mənfi təsir edir.
Belçikanın elmi institutunun apardığı son elmi tədiqiqatda kovidə yoluxmuş kişilərin ata olmaq şansı yoxlanılıb.
120 nəfər kovid olub sağalmış kişidən götürülmüş sperm nümunələri araşdırılıb. Kişilərin yaşı 30-35 yaş aralığında olub.
Sperm analizi xəstəlikdən 50 gün sonra götürülüb.
Baxmayaraq ki, spermdə heç bir virus hissəciyi, qalığı aşkarlanmayıb, əvəzində keyfiyyət və hərəkətlilik pozulmuş olub.
Sperm hərəkətliliyi koviddən sağaldıqdan 2-3 ay sonra tədricən bərpa olmağa başlayıb.
Alimlər hesab edir ki, bu səbəbdən kovid keçirmiş kişilərin sağaldıqdan sonrakı 3-5 ay ərzində ata olmaq şansı çox aşağı olur.
Ona görə 4-5 ay tam bərpanı gözləmək lazımdır. İstisna deyil ki, 1-2% kişilərin reproduktiv sağlamlığı heç bərpa olmaya bilər.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___