Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcərə 35 sm qar yağdı, yollar buz bağladı
Tarix: 23-12-2021 | Saat: 11:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı "Zəfər" yolu və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb.
Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, 23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa "ZƏFƏR" yolunda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
"Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur. Amma yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur".


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___