Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza baş verməyəcəkdi” - AÇIQLAMA
Tarix: 20-12-2021 | Saat: 14:38
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər

“Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza baş verməyəcəkdi” - AÇIQLAMA 


“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağanedici həcmdə olmayıb”.
Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.
O bildirib ki, ona görə də helikopterin marşrut üzrə hərəkətində qanun pozuntusu olmayıb:
“Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını icra etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza baş verməyəcəkdi”.


Xəbəri paylaş

3128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___