Şəki rayon sakininə məxsus "VAZ-2107" markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Həbsdən çıxan şəxs 15 dəqiqə sonra yenidən cinayət törədib - FOTO/VİDEO
Tarix: 04-12-2021 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3518 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-12-2021 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-05-2019, 17:19
Fazil Məmmədovun kadrı Xətainin icra başçısı olmaq istəyir
14-02-2023, 14:23
"Həmin gecə saat 12-də..." - Dağıntılar altında qalan tələbələrlə bağlı YENİ AÇIQLAMA
14-01-2022, 12:11
Omikron ştamından özümüzü necə qoruyaq? - RƏSMİ AÇIQLAMA
15-10-2017, 10:29
Ermənistan atəşkəsi 112 dəfə pozub
15-09-2015, 09:11
Baş nazir istefaya göndərildi
13-07-2022, 09:54
“Meymunçiçəyinə yoluxma sayı 10 minə yaxınlaşdı” - ÜST
7-09-2016, 18:57
Azərbaycanda xilaskar həkim mükafatlandırıldı
29-04-2017, 13:11
Azərbaycan nefti bahalaşıb
14-12-2016, 17:27
Qarabağ əlili avtomobilinə od vurub yandırdı - VİDEO
12-03-2019, 10:57
Azərbaycanda sərxoş qadın müğənni qəzada öldü