Azərbaycanda baş həkim marketdən oğurluq edib? - VİDEO
Tarix: 26-11-2021 | Saat: 10:13
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Sosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin videogörüntüləri yayılıb.
Belə ki, videoda kişinin marketdəki rəflərdən birindən məhsulu götürüb cibinə qoyduğu aydın görünür. Sosial şəbəkələrdə həmin şəxsin Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov olduğu iddia edilir.
Rasim Əzizov Baku TV-yə açıqlamasında sözügedən iddialara münasibət bildirib və haqqında yayılan məlumatların təxribat olduğunu deyib.
Sözügedən videogörüntülərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, həmin mağazadan Masallı Rayon Polis Şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb: “Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.
Xəbəri paylaş
3258 dəfə oxunub.
Digər xəbərlər

2-11-2020, 19:26
Qırmızı Bazarda düşmənin canlı qüvvəsi məhv edildi - VIDEO
1-04-2015, 00:29
Bürcləri izləyənlər üçün 1 APREL
24-10-2016, 22:37
Heyvanın faydalı xüsusiyyətləri
25-04-2016, 17:25
Türkiyə İŞİD ilə əlaqədə şübhəli bilinən 954 xarici vətəndaşı həbs edib
9-07-2017, 10:16
5 yaşlı oğlanın 26 barmağı var - Lənkəranda + Foto
26-10-2022, 09:19
Bakıda "Volga" avtobusa, "Mazda", "BMW" və "Ravon"a çırpılıb, xəsarət alanlar var - FOTO
1-07-2021, 17:18
DYP-dən toylarla bağlı əhaliyə XƏBƏRDARLIQ
7-10-2017, 10:00
Bakıda müəllimə 50 qəpiyə fransız dili öyrədir
8-08-2015, 12:23
Gənc ana doğuş zamanı dünyasını dəyişdi