Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qadın kişinin dərdini çəkmək üçün yaranmayıb, öz həyatını yaşamalıdır...” - Rəşid Mahmudov
Tarix: 26-11-2021 | Saat: 10:11
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər




Azərbaycanda kişilərdən fərqli olaraq qadınlar ikinci dəfə ailə həyatı qurduqları zaman qınağa tuş gəlirlər. Xüsusilə həyat yoldaşları müharibədə şəhid olmuş xanımların ailə həyatı qurması təpki ilə qarşılanır. 

Buna səbəb nədir? Cəmiyyət qadının ikinci dəfə izdivaca girməsini niyə “süngü” ilə qarşılayır?
Mövzu ilə bağlı açıqlama verən Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov bildirib ki, bu düşüncə özü-özlüyündə yanlışdır:

“Bu düşüncə düzgün deyil. Amma bu mentalitetdən asılıdır. Bizdə namus deyilən bir anlayış var. Başa düşmürəm, onlar ailəsiz qalası deyil ki... “Qadının həyat yoldaşı vəfat edibsə, ərə gedə bilməz” düşüncəsi düzgün deyil. Düzgün deyil yox, qınaq obyekti olmamalıdır. Pis şey üstündə, xəyanət üstündə, ya başqa bir şey üstündə ayrılıbsa, o başqa məsələ. Bir də var ki, həyat yoldaşı ölüb və qadın yenidən ərə  getmək istəyir. Bu çox düzgün işdir. Niyə də getməsin? Hər bir insanın ailəsi olmalıdır. Belə düşünən cəmiyyətin ən böyük problemi məsələyə səhv yanaşmasıdır. Sual verirəm: cəmiyyətimiz normaldır? Normal cəmiyyət qura bilmişikmi? Əgər qadın ailə həyatı qurubsa, həyat yoldaşı narkoman, yaxud əyyaşdırsa və bu səbəblər üstündə ondan boşanırsa və ağlı başında biriylə ailə həyatı qurursa, niyə qınanılmalıdır? Qadın kişinin dərdini çəkmək üçün yaranmayıb, öz həyatını yaşamalıdır. Qadın hansısa kişiyə görə niyə öz həyatını məhv eləməlidir? Mütləqdir ki, qadın subay qalmasın, onun övladı olsun.
Bunu qınayanlar oturub düşünsünlər. Düzgün düşüncədə olmadıqlarının qənaətinə gələcəklər ümid edirəm.”


Xəbəri paylaş

3128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___