Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Koronavirus bu ölkəni çökdürür - Morqlar dolduğundan, meyitlər dəhlizlərdə qalıb
Tarix: 23-11-2021 | Saat: 14:43
Bölmə:Karusel / Dünya / Səhiyyə | çapa göndər


Rumıniyada koronavirusa görə artan ölüm halları pik həddə yüksəlib. Morqlarda yer olmadığından meyitlər xəstəxana dəhlizlərində qalıb.
Qış aylarının gəlişi ilə Avropada koronavirus epidemiyası yenidən güclənib. Xəstəliklərin sayı sürətlə artmağa başlasa da, peyvənd nisbətinin azalması bu vəziyyətə yol açıb. Rumıniya dördüncü dalğanı ən ağır şəkildə yaşayan ölkələrdən biridir. Avropanın ən aşağı peyvənd göstəricilərindən birinə sahib olan ölkədə əhalinin yalnız 36 faizi koronovirusa qarşı peyvənd olunub.
ABŞ-da yerləşən CNN International ölkənin koronovirusla mübarizəsindəki son vəziyyəti öyrənmək üçün Buxarest Universitet Xəstəxanasına daxil olub. Xəstəxananın bir çox xidmətlərinin xəstələrlə ayaqlaşa bilmədiyi üçün korona xidmətinə çevrildiyi bildirilib. Xəstəxana meyitxanasının tutumunun 15 olduğu bildirilərkən, CNN International-ın ayrıldığı gün həyatını itirən 41 nəfərin cəsədinin dəhlizdə qaldığı qeyd edilib. Xəstəxananın tibb bacısı Klaudiu İonita CNN International-a deyib: "Bu peşəyə başlayanda belə bir şey yaşayacağımı heç düşünmürdüm".


Xəbəri paylaş

3168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___