Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda tanınmış reperin anasının üzərinə ağac aşdı: Ayağı amputasiya edildi - VİDEO
Tarix: 22-11-2021 | Saat: 15:03
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


0Bakıda tanınmış reperin anasının üzərinə ağac aşdı: Ayağı amputasiya edildi - VİDEO 2

Noyabrın 10-da Bakıda başlayan güclü külək zamanı reper, “PRoMete” ləqəbiylə tanınan Pərviz İsaqovun anası ağır xəsarət alıb.
Bu barədə reper sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, hadisənin baş verməsindən 12 gün keçməsinə baxmayaraq, hələ də onlarla heç bir qurum maraqlanmayıb:
“Güclü külək başlayan zaman anam yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla “bisetka”da olub. Küləyin başladığını görərək onlar evə getmək qərarına gəliblər. Bu zaman güclü külək həyətdəki ağacı anamın üstünə aşırdıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya etdilər. Hadisədən sonra məlum qurumlar gəlib həyətdəki aşan ağacın qalıqlarını təmizləyiblər. Lakin hələ heç bir qurum anamla maraqlanmayıb. Bildirim ki, həmin ünvanda aşan ağacla bağlı dəfələrlə sakinlər aidiyyəti qrumlara müraciət ünvanlayıb, amma baxılmayıb. Mən Yasamal Rayon Prokurorluğuna da müraciət etmişəm. Əminəm ki, bu məsələ dəqiq araşdırılacaq və günahkar olanlar öz cəzasını alacaqlar”.
Ətraflı videonu təqdim edirik:





Xəbəri paylaş

2908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___