Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir.
Bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək:
"Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18% azalmasına səbəb olacaq".
Vüqar Bayramovun sözlərinə görə, hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır:
"Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər".
Azərbaycanda bu avtomobillər ucazlaşacaq - AÇIQLAMA
Tarix: 22-11-2021 | Saat: 11:28
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
3048 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-11-2021 | Saat: 11:28
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
16-12-2016, 20:35
Məşhur model dəm qazından zəhərlənib öldü - Fotolar
14-05-2016, 19:04
Türk ordusundan PKK-ya intiqam əməliyyatı
19-08-2016, 16:46
İstanbulda güclü yanğın başlayıb - VİDEO+FOTOLAR
22-03-2016, 15:25
Hamilələr bu antibiotiklərdən istifadə edə bilər - SİYAHI
8-07-2020, 20:16
EGE hospitalda dəhşət: - Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı
9-10-2019, 17:50
Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı - Foto
24-06-2016, 13:10
Bütün Avropa təcili toplanır - Çaşqınlıq
16-08-2018, 12:48
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
18-09-2015, 21:59
İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı