Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şagirdlər arasında koronavirusa yoluxmalar artıb? - AÇIQLAMA
Tarix: 21-11-2021 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib.
"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur. Çünki təcrübələr göstərir ki, həmin uşaqlar risk qrupundadır və xəstəliyi ağır keçirirlər. Digərlərinə də tövsiyə olunur, ancaq birinci növbətə risk qrupunda olan uşaqlara vaksin vurdurulmalıdır. Valideynlər arasında aparılan maarifləndirmə işi də bu istiqamətdə olmalıdır ki, onlar peyvəndin uşağı üçün lazım olduğunu bilsinlər" - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer ("Comirnaty") vaksininin vurulmasına icazə var.


Xəbəri paylaş

3678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___