Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Zeynalabdin Bələdiyyəsinin 6 aylıq hesabatı
Tarix: 17-08-2015 | Saat: 17:52
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Hacı Zeynalabdin Bələdiyyəsinin 6 aylıq hesabatı



Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2015-ci ilin 6 ayının yekunları müzakirə olunub.


Hacı Zeynalabdin Bələdiyyəsindən “Xeberaz.az”-a daxil olan məlumata görə, iclasda Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov bildirib ki, hesabat dövrü ərzində yerli büdcənin (bələdiyyə) gəlirləri - 21903 manat, o cümlədən 3248 manat torpaq vergisindən, 2359 manat əmlak vergisində, 8283 manat torpaq icarə haqqından, 3863 manat torpaq sahəsinin alqı-satqısından və 4150 manat isə dövlət büdcəsi tərəfindən verilən dotasiyadan daxil olmuşdur.
Əldə olunan gəlirdən 12198 manat əmək haqqına, 2703 manat DSMFonduna, 890 manat gəlir vergisinə, 119 manat Silahlı Qüvvələrin Yardım Fonduna, 403 manat Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına, 1350 manat Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asosasiyasına, 150 manat aztəminatlı ailələrə maddi yardıma, 527 manat kommunal xərclərə və 3088 manat sair xərclərə (Daşınmaz Əmlakın Dövlət Reyestrinə dövlət rüsumu, bank xidmətləri, audit xidmətləri, dəftərxana xərcləri, qəzet və jurnala abunə) xərclənmişdir.
2015-ci ilin 6 ayı ərzində qəsəbə sakini olan 2 nəfərə ümumilikdə 0.0618 ha torpaq sahəsi fərdi həyətyanı torpaq sahəsi kimi mövcud qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsnə əsasən satılmış, bundan başqa sahibkarlıq məqsədilə ümumilikdə 0.008ha torpaq sahəsinə görə 2 nəfərlə torpaq icarə müqaviləsi bağlanmışdır. Təbii ki, vətəndaşlara torpaqların mülkiyyət və ya icarə hüququ əsasında verilməsi və sənədləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Həmçinin onu da qeyd edim ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması ilə əlaqədar istər keçən ildən, istərsə də bu ildən xeyli sayda yarımçıq qalan sənədlər öz yekun həllini tapmayıb. Ümid edək ki, yaxın zamanda sənədləşmənin yeni mərhələsinin, həmçinin torpaq hərrac və ya müsabiqələrin təşkili komissiyalarının fəaliyyətinin bərpa olunması Bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılmasına şərait yaradacaq.
Hesabat dövrü ərzində Hacı Zeynalabdin Bələdiyyəsi olaraq Dövlət hakimiyyəti orqanları, Ağsaqqallar şurası, məhəllə komitələri və ictimaiyyət nümayəndələri ilə birlikdə insanların, xüsusilədə gənc nəslin təlim-tərbiyəsinin, sağlamlığının qorunması məqsədilə qəsəbənin 6 saylı, 19 saylı və32 saylı orta ümumtəhsil məktəblərində "NARKOMANİYAYA YOX DEYƏK" mövzusunda silsilə tədbirlər keçirilmişdir.
Alman faşizimi üzərində Qələbənin 70 illiyi ilə əlaqədar bələdiyyənin, yerli icra nümayəndliyinin, ağsaqqallar şurasının qəsəbə ictimaiyyəti ilə görüş keçirilmişdir. Böyük Bətən müharibəsində Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz xidmətləri, qələbənin əldə olunmasında danılmaz rolu barədə görüş iştirakçılarına ətraflı məlumat verilmişdir. Görüşdə həmçinin öz torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində Ali Baş
Komandan Cənab İlham Əliyevin apardığı məqsədəyönlü hərbi strategiya görüş iştirakçıları tərəfindən dəstəklənmişdir.
Qəsəbə daxilində səliqə-səhman, yaşıllıq qorunub saxlanılır. Yeni yaşıllqların salınması və qorunub saxlanması yerli özünüidarəetmə orqanı sayılan Bələdiyyələr üçün həmişə prioritet məsələlərdən biridir. Mart-aprel-may aylarında digər müəssisə və təşkilatlarla birgə qəsəbə ərazisində mütamadi olaraq iməcliklər keçirilmişdir. Bu iməciliklərdə ağaclar əkilmiş, quru
budaqlar budanmış və ağacların gövdələri əhəng ilə ağardılmışır. İyun ayından etibarən Bakı - Quba magistral yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində tərəfimizdən davamlı olaraq təmizlik işləri görülür.
Dəniz sahili ərazi daima diqqət mərkəzimizdədir. Kiçik Pirekeşkül küçəsinin dəniz sahili hissəsində yaşayan vətəndaşlar və hərbi hissə tərəfindən atılan məişət və bərk tullantılar tərəfimizdən daşınmışdır. Bununla bağlı sahilyanı ərazinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdan ötrü həmən ərazidə yaşayan sakinlər arasında tərəfimizdən izahat işləri aparılmışdır.
Qəsəbənin S.Vurğun küçəsində küçə işıqları, S.Bəhlulzadə küçəsində yerləşən çoxmənzilli 7 yaşayış binasının həyətində Sovet dövründən sonra istifadəsiz qalmış işıq dirəkləri bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir. Bu xeyirxah işin ərsəyə çatmasında bizimlə bərabər yerli icra nümayəndəliyinin və "Azərİşıq" ASC-nin iştirakını xüsusi ilə qeyd etməliyik.
Qəsəbədə yaşayan aztəminatlı ailələri də imkan daxilində nəzərə almağımız ümdə vəzifələrimizdən biridir 3 aztəminatlı ailəyə maddi yardım göstərilmişdir.
Hesabat dövrü ərzində qəsəbə sakinləri tərəfindən bələdiyyəyə - 61 müraciət, o cümlədən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı -34, şikayət xarakterli -5 və digər məsələlərlə əlaqədar -22 müraciət daxil olmuşdur.
Qəbulda olanların sayı - 51 nəfər olmuşdur.
Keçən 6 ay ərzində bələdiyyənin - 9 iclası keçirilmiş və 23 məsələyə baxılmışdır.


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___