“Ata, şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən” – Şəhid Elmin Əlizadə
Tarix: 18-11-2021 | Saat: 08:47
Bölmə:Karusel / Xəbəraz-ın debatı / Reportaj | çapa göndər
“Elminlə sonuncu danışığımız dünən olub. O gülə-gülə vəziyyətin yaxşı olduğunu deyirdi”.
Bu sözləri açıqlamasında ötən gün Kəlbəcər istiqamətində erməni terroru nəticəsində şəhid olan Əlizadə Elminin atası Samir Əlizadə deyib:
“Onunla komandirinin telefonu ilə əlaqə saxladıq. Bir neçə dəqiqə danışdıq. Sağollaşanda dedim ki, səni xidmətdən ayırmayım. Sonuncu sözünü gülə-gülə deyib telefonu söndürdü. Dedi ki, “Ata, mən şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən”. O bunu deyəndən sonra cavab verməyə söz tapmadım. Dünəndən onun sözləri qulağımda səslənir. Bu gün səhər isə şəhid olması xəbərini aldım”.
Şəhidin əmisi Seymur Əliyev isə verdiyi açıqlamada bildirib ki, Elmin görmədiyi kəndini ziyarət etmək arzusu ilə yaşayırdı:
“Elmin 8 ayın əsgəri idi. Hərbi xidmətini işğaldan azad edilən ərazilərdə keçirəcəyi xəbərinə çox sevinib arzum reallaşır demişdi. Xidmətinin ilk aylarında isə Laçında olub. Təxminən bir həftə əvvəl zəng edib dedi ki, “haqqınızı halal edin, biz Kəlbəcərə gedirik”. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq. Elmin həmçinin deyirdi ki, “mən kəndimizi görməyi çox istəyirəm. Ola bilər ki, qismət olmaz. Amma, Qarabağı görmüşəm, mənə bu da yetər”. Bu gün səhər saatlarında zəng edib, onun şəhid olduğunu dedilər. Hələ də inanmırıq”.
Qeyd edək ki, ailə şəhid övladlarının yolunu gözləyir.
Xəbəri paylaş
7908 dəfə oxunub.
Digər xəbərlər

22-05-2018, 12:50
Sabah 35 dərəcə isti olacaq
17-10-2016, 10:34
Vəziyyət dəyişir - Atəşkəs 10 dəfə pozulub
23-05-2019, 17:25
"Özümü kişi məclisində rahat hiss edirəm" - Səidə
12-07-2015, 16:02
"Fənərbaxça" o qədər çox qol vurdu ki... - VİDEO
26-11-2016, 22:28
Uşaqlar cəmiyyətimizin sabahıdır
27-12-2016, 15:33
“Oyunlara 100 milyon dollar xərclənəcək" - Nazir açıqladı
7-02-2016, 18:17
“Onlar Yerə gəlsələr, burada öz qaydalarını diqtə edəcəklər”
15-01-2018, 13:30
Azərbaycan əsgəri həlak oldu
15-06-2015, 01:38
Avropa Oyunlarının Azərbaycana əsas faydası (VİDEO)
11-02-2022, 11:40
Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir