Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.
Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Müdafiə Nazirliyindən bildirilib.
Ermənistan Kəlbəcərdə növbəti təxribat törətdi - VİDEO - FOTO
Tarix: 15-11-2021 | Saat: 12:50
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV / Qarabağdan xəbər var | çapa göndər
Xəbəri paylaş
3158 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-11-2021 | Saat: 12:50
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV / Qarabağdan xəbər var | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
18-07-2018, 15:54
Prezidentlər Sumqayıtda: yeni zavod açıldı - Foto
30-12-2021, 11:44
Daim şirniyyat istəyirsinizsə... TƏHLÜKƏLİ SİMPTOM
1-12-2019, 11:42
"Faiq Ağayev də, Elza Seyidcahan da, mən isə... - Royadan AÇIQLAMA
13-03-2023, 08:42
Bu qadın hər gün tualet kağızı yeyir - SƏBƏBİ...
7-05-2022, 15:46
Bir neçə dəfə qaynadılmış su ZƏHƏRƏ dönür
2-01-2016, 17:58
İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO
31-12-2016, 11:34
Rəsmi açıqlama: Ermənistan şəhidimizin nəşini...
27-11-2020, 09:29
Paşinyan bir saat ərzində 2 dəfə Putinə zəng etdi
13-01-2017, 23:22
Diş daşlarını aradan qaldıran möcüzəvi RESEPT