"Nankor, qəddar insanlar var... Ürəkbulandıran məxluqlar, sizədir sözüm! Heç vaxt heç kimə qarğış etməmişəm, amma ana mövzüsunda gözüm balamı da görməz, bilin! Allaha tapşırıram sizi, dırnaqarası insancıqlar. Əzizləriniz ölsə, görüm siz hansı hissləri keçirəcəkdiniz? Görüm sizə heç kəfən qismət olacaq?".
Bu sözləri bir neçə gün əvvəl koronavirusdan anasını itirən müğənni Zenfira İbrahimova sosial şəbəkədə yazıb. Sənətçi onun sözlərini məzxərəyə qoyanlara qarğış edib:
"Ay arsızlar, durub dünyadan köçən insanın arxasınca danışırsız, mənim sözümü məzxərəyə qoyursunuz ki, "Nə bilirsən anan cənnətdədir?" Deyim sizə niyə bilirəm. Kaş mənim anam kimi sizin ananız öz zəhmətiylə bir otağda, müharibənin qızğın vaxtında, dünyanın alt-üst olduğu bir zamanda 3 övladı tək böyüdə. Nə zülmlə boya-başa çatdırıb, balalarına xidmət edib, geyinməyib, sizin ananız kimi bəzənməyib, xoş gün görməyib və kiməsə əyilməyib. Alın təriylə, zəhmətlə böyüdüb bizi. Məgər belə insanın yeri cənnət olmaz? Niyə mühakimə etmədən öncə özünüzə, nəslinizə çönüb baxmırsınız? Bəlkə, içim rahatlanır anam cənnətdədir deyəndə, hə?
Anamla nəfəs almışam, onu bu soyuq silahla itirmişəm. Görüm sizin əzizlərinizin başına gəlsin. Məni qınayanlar, əzizləriniz mənim çəkdiyimi çəksin!
And olsun Allaha, kimliyindən asılı olmayaraq hansısa bir səhifədə artıq söz görsəm, o insanı tapmasam, mən adımı dəyişərəm. Sizi Allaha tapşırıram! Özü mühakimə edəcək onsuz. Dünyasını dəyişən insanın arxasınca danışırsızsa, geniniz xarabdır, siz insan ola bilmərsiniz.
Yaram təzədir, mənimlə işiniz olmasın. Bu dünyada və axirətdə kül olasınız, inşallah. Səviyyəsizlər, nəslindən xəbəri olmuyan binamuslar".
"Əzizləriniz ölsə, hansı hissləri keçirəcəkdiniz?" - Anasını itirən Zenfira
Tarix: 10-11-2021 | Saat: 10:42
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Xəbəri paylaş
2728 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-11-2021 | Saat: 10:42
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
#
Xəbəri paylaş
Digər xəbərlər
9-04-2017, 21:06
Yaşa görə qırışların yaranmasını necə gecikdirmək olar?
8-09-2020, 19:42
Prezident Ramiz Mehdiyevi bu vəzifədən çıxardı - Sərəncam
13-05-2017, 16:37
Xoşbəxt nikahın sirrləri
28-05-2016, 18:27
Ələkbərovun müavininin oğlu həbs edildi
21-04-2018, 20:22
Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
25-06-2015, 14:21
Əsgər anaları İrəvan mitinqlərinə qoşuldu (CANLI)
17-07-2015, 14:19
Hazal iranlı fanatını məhkəməyə verdi
11-01-2017, 15:42
Daha bir gənc ana doğuşdan sonra öldü - Azərbaycanda