Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıya ana və bacısını öldürməyə gəldi: "Məni biabır etdilər" - TƏFƏRRÜAT
Tarix: 09-11-2021 | Saat: 13:31
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakıda anasını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli billinən Zamin Baxşıyevin cinayət işi üzrə təfərrüatlar məlum olub
Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu - 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə dindirilmiş Zamin Baxşıyev bildirib ki, atası Afərin Baxşıyev 2007-ci ildə vəfat edib. Anası Mahirə Baxşıyeva ilə 2018-ci ilin axırlarına qədər bir yerdə yaşayıblar. Bacısı Şahanə Mirzəyeva Bakıda tək yaşadığı üçün anası onun yanına köçüb. Onların hansı ünvanda qalmaqlarından xəbərsiz olub.

2020-ci ilin noyabr-dekabr aylarında yaşadığı ərazidə anası və bacısı haqqında xoşagəlməz sözlər yayılmağa başlayıb. Lakin bu söhbətlərin konkret kim tərəfindən yayılmasını bilməyib. Bacısı Şahanə Lənkəranda orta məktəbdə 11-ci sinifdə oxuyarkən Yusif adlı oğlana qoşulub Bakıya qaçıb. Sonra anası onu Zığ qəsəbəsində taparaq geri qaytarıb. 2012-ci ildə bacısı Mirzə adlı şəxsə ərə gedib və nigahdan 2 övladları olub.

2018-ci ildə bacısı yoldaşından boşanıb. Zaminin qənaətincəi, o, Bakıda əxlaqsız həyat tərzi sürür: "Anam bunu bilərək qohumlardan gizlədib və hətta özü də bacıma müxtəlif şəxslərlə görüşmək üçün şərait yaradıb. Telefonla danışarkən anama dedim ki, bacım bu hərəkətlərinə son qoyub Lənkərana qayıtsın. Lakin anam buna icazə verməyib. Faktiki olaraq rayonda bacısı və anasına görə biabır olmuşdum".

2012-ci il martın 9-da axşam yaşadığı evdən babasından qalmış ov bıçağını götürərək Bakıya gəlib. Məqsədi bacısını tapıb rayona qaytarmaq, etiraz etsə, onu öldürmək olub.

Paytaxta gələrək ilk olaraq xalası oğlu Cavidanla görüşüb onlara gedib. Çay içib söhbət edərkən xalası oğlu ona belə iş görməməsini və pul verərək geri qayıtmasını deyib. Cavidana yalandan anası və bacısını götürüb rayona aparacağını deyib. Qohumu həmçinin ona anasının Xətai rayonunda yerləşən çay evində gecə növbəsində xadimə işlədiyini deyib. Saat 1:00 radələrində Lənkərana qayıtmaq adı ilə sagollaşaraq taksi ilə həmin çay evinə gedib. Yolda anasına zəng edərək Bakıya gəldiyini deyib. Saat 2-nin yarısında çay evinin qarşısına çataraq yenidən anasına zəng edib.

"Gəldim bir yerdə getdik içəri. Anam mətbəxə keçib mənə yemək hazırlamağa başladı. Dedim, heç nə istəmirəm, mənə Şahanənin yerini de. O da başladı üstümə qışqırmağa. Sonra keçdik kabinetə. Yeməyi qoydu qabağıma. Dedim, rayonda mən biabır olmuşam. Anam ayağa qalxıb başladı rəhmətlik atamla məni söyməyə".
Zamin Baxşıyev ifadəsinin davamında bildirib ki, anası onu və atasını söyən zaman ayağa qalxıb bıçaqla qadının qollarına və sinə nahiyyəsinə 35 bıçaq zərbələri vurub. Anası əvvəl divana sonra isə yerə yıxılıb. Qadının öldüyünü görüb bıçağı cibinə qoyaraq çay evindən çıxıb taksi ilə Lənkərana qayıdıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Şahanə Mirzəyeva bildirib ki, qardaşı xasiyyətcə yalan danışan, özündən nəsə uyduran aqressiv və əsəbi insan olub. Onunla sakit tərzdə söhbət etmək mümkün olmayıb. 2018-ci ildən qardaşı ilə nə üz-üzə, nə də ki mobil telefonla danışıb.

Məhkəmə posesi zamanı Zamin Baxşıyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Zamin Baxşıyev CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub.


Xəbəri paylaş

3838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___