Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Whatsapp”da bu da mümkün olacaq: QRUP İÇİNDƏ QRUP
Tarix: 09-11-2021 | Saat: 11:05
Bölmə:Karusel / Texnologiya | çapa göndər


“Whatsapp”da bu da mümkün olacaq: QRUP İÇİNDƏ QRUP


“Whatsapp” tərtibatçıları messencer üçün “Communities” adlı funksiya üzərində işləri yekunlaşdırıb.
Söhbət qrup çatlarının imkanlarını genişləndirəcək funksiyadan gedir.
“Communities” çatlarının adminləri adi qrup çatlarının adminlərindən fərqli olaraq daha geniş imkanlara sahib olacaqlar. Məsələn, “Communities” çatlarının daxilində fərdi qruplar yaratmaq mümkün olacaq. Bu bir növ Discord serverlərindəki kanallara bənzəyir.

Bundan əlavə, “Communities” çatlarının adminləri xüsusi linklər vasitəsilə yeni istifadəçiləri dəvət edə biləcəklər.
Ortaya çıxmış fotolardan birinə əsasən bu cür linkləri sürətlə müəyyən istifadəçiyə göndərmək və ya QR koda çevirmək mümkün olacaq. Bu cür link vasitəsilə dəvət almış istifadəçinin “Communities”dəki bütün çatlara yaza bilib-bilməyəcəyi məlum deyil.
Verilmiş məlumata əsasən, “Communities” çatları end-to-end şifrələnməyə sahib olacaqlar. İstifadəçilərin bu cür çatları adi qrup çatlarından fərqləndirə bilmələri üçün isə xüsusi dizayn fərqliliyi reallaşdırılacaq.
Yeni funksiya hazırda mesencerin Android və iOS versiyalarında test olunur. Funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir./"technote"


Xəbəri paylaş

3678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___