Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müəllim uşağıma şillə vursa, onun əlini öpərəm - Bəhram Bağırzadə
Tarix: 05-11-2021 | Saat: 14:33
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


"Əgər müəllim uşağıma şillə vurubsa, mən o müəllimin əlini öpərəm".
Bunu Əməkdar artist Bəhram Bağırzadə deyib.
O, sosial şəbəkələrdə tez-tez müzakirə mövzusu olan uşaq bağçası və orta məktəblərdə tərbiyəçi və müəllimlərin uşaqlara qarşı fiziki zorakılıq işlətməsi, ağır sözlərlə tənbeh etməsi ilə bağlı şikayətlərə münasibət bildirib. Adətən, gənc valideynlər tez-tez müəllimlərdən gileylənir və onların cəzalandırılmasını tələb edirlər. Halbuki sovet dövrünü görümş orta və yaşlı nəsil "Bizi onların şilləsi adam edib" deyirlər.
"Bakılı oğlanlar", "KVN" teatrının aktyoru müəllimləri qınaq obyektinə çevirməyin doğru olmadığını deyib:
"Rəhmətlik atam 190 saylı orta məktəbi bitirmişdi. Həmin məktəblə üzbəüz Daxili İşlər Nazirliyində polis polkovnik işləyirdi. Çox böyük rütbəsi var idi. Amma hər dəfə işdən çıxıb məktəbin qabağından keçəndə çəkdiyi papirosu gizlədirdi. Sual verirdilər ki, siqareti niyə gizlədirsən? Deyirdi ki, Sonaxanım müəllimə birdən məni pencərədən görər, deyər Arif siqaret çəkir. Arifin də artıq 60 yaşı var idi. Amma ömrünün axrına kimi deyridi ki, Sonaxanımın şilləsi indiyə kimi qulağımın dibindədir.
Babama da şillə vurublar, atama da, mənə də. Ancaq oğluma şillə vurulmayıb, çünki o artıq başqa mühitdə böyüyür. Bilmirəm indi hansı yaxşıdır, hansı pis, amma istəyərdim ki, heç olmasa yüngülvari vursunlar, təki uşaq tərbiyəli, savadlı olsun".
Bəhram Bağırzadə bildirib ki, bu hadisəni valideyn ictimailəşdirməməlidir:
"Bu, müəllimə qarşı hörmətsizlikdir. Əgər mənim oğluma hardasa acıqlanmaq lazımdırsa, nəyisə tərbiyələndirmək lazımdırsa, başa salmaq lazımdırsa və mənim xəbərim olmadan müəllim qulağını burubsa, mən ancaq o müəllimə təşəkkür edə bilər, əlindən öpərəm."



Xəbəri paylaş

4798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___