Azərbaycanda daha bir göbələk FACİƏSİ: 2 ailə ZƏHƏRLƏNDİ
Tarix: 04-11-2021 | Saat: 11:04
Bölmə:Karusel / Hadisə | çapa göndər
Qaxda göbələkdən zəhərlənmə hadisəsi olub.
Xeberaz.az xəbər verir ki, nəticədə 2 ailənin 6 üzvü zəhərlənib.
Hadisənin biri rayonun Ləkit kəndində qeydə alınıb. Bir ailənin üzvləri - Məlik Şıxəmirov, P.Şıxəmirova və İ. Şıxəmirova, həmçinin yetkinlik yaşına çatmayan qız göbələk zəhərlənməsi ilə xəstəxanaya müraciət ediblər.
Digər hadisə isə Qax şəhərində qeydə alınıb. Nəticədə bir ailənin iki üzvü - Eldar Əfəndiyev və S. Məmmədova göbələkdən zəhərləniblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Qax rayonunda 2 ailənin ümumilikdə 6 üzvü zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına müraciət edib. İlkin müayinənin nəticəsinə əsasən onların göbələkdən zəhərləndiyi ehtimal olunur.
Həmin şəxslər ərizələrində də meşə sahəsindən yığdıqları göbələyi yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildiriblər. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qax rayon Polis Şöbəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndəriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Qaxda göbələkdən daha bir zəhərlənmə olmuşdu. Nəticədə 2 azyaşlı həyatını itirmişdi.
Xəbəri paylaş
7208 dəfə oxunub.
Digər xəbərlər

25-03-2021, 11:40
Ərdoğan daha bir sənədi təsdiqlədi
25-11-2016, 11:28
Prezident yeni yaşayış binasının açılışında - Foto
19-05-2016, 09:32
"Baksell"ə yeni direktor təyin edildi
31-07-2015, 13:48
Cazibedar qadının baxışları
30-03-2017, 16:29
"Soruşdum telefon kimindir, dəqiq demədi" - Arvadının başını kəsən şəxs - YENİLƏNİB - VİDEO
21-06-2015, 17:12
Transformator içərisində meyit tapıldı
18-04-2016, 13:39
Çində yarım milyonluq korrupsiyaya görə edam cəzası verilir
30-05-2017, 11:07
Bakıda lüks avtomobil ağır qəzaya düşdü - Milyonerlər məhəlləsində
22-09-2015, 20:17
Prezident fəxri adların verilməsi haqqında sərəncam imzalayıb