35 yaşlı Əhməd (ad şərtidir) adlı şəxs 14 yaşına çatmayan Səbinə (ad şərtidir) adlı məktəblini zorlamağa cəhd edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin sənədlərinə əsasən hadisənin təfərrüatını təqdim edirik.
Hadisə Daşkəsən şəhərində ötən ilin avqust ayının 28-də baş verib. Dostları ilə bir gündə iki dəfə araq içərək sərxoş olan Əhməd zərərçəkmişin evinə gedib.
O, bu evə kustar üsulla hazırlanmış meyvə arağı almaq adı ilə gəlib. Həmin vaxt evdə Səbinədən başqa, iki azyaşlı bacısı və bir azyaşlı qardaşı olub. Səbinə evlərində araq olduğunu bildirsə də, qapını açmaq istəməyib.
Lakin Əhməd cibindən 1 manat pul çıxararaq, meyvə arağı alacağını və qapını açmasını istəyib. Bundan sonra Səbinə evin dəhlizində olan kartof qutusunun altındakı açarı götürərək pəncərədən Əhmədə verib.
Əhməd mənzilə girdikdən sonra onun qardaş və bacılarını digər otağa salaraq ondan bir stəkan su istəyib. Səbinə suyu gətirəndə Əhməd həmin stəkanı əlində sındıraraq yerə atıb və zorla onun əlindən tutaraq hamam otağına aparıb. Ondan sonra Əhməd qızı kürəyi üstdə çevirərək zorlamağa çalışıb. Bu zaman o, azyaşlıya qarşı iyrənc formada seksual xarakterli hərəkətlər edib.
Bacılardan Dürdanə Səbinənin hamam otağından qışqırtısını eşitdikdən sonra qonşuluqda yaşayan iki qadını köməyə çağırıb. Qonşular Əhmədin istəyinə mane olub və ona şillə zərbəsi endirib. Bundan sonra Əhməd hadisə yerindən qaçsa da, sonradan hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Əhməd barəsində 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.
Azərbaycanda 35 yaşlı kişi məktəblini zorlamaq istədi, qonşular mane oldu - TƏFƏRRÜAT
Tarix: 03-11-2021 | Saat: 12:41
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-11-2021 | Saat: 12:41
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2018, 14:31
Azərbaycanli həkimin ixtirasi ABŞ dərsliklərində
3-06-2018, 10:13
Cəbhədə silahlar susmur
25-09-2019, 11:22
Məşhur iş adamının qızı ayağında elektron qandalla görütüləndi - FOTOLAR
28-12-2016, 19:00
Ağrıları azaldan, təzyiqi salan, qaraciyəri möhkəmləndirən UCUZ VƏ EFFEKTLİ VASİTƏ
8-08-2016, 13:37
ANS bir dəfəlik bağlandı, Mir Şahinə yeni vəzifə verildi
22-04-2015, 15:51
“Türk Telekom” Türkiyənin bütün internetsiz evlərini pulsuz internetlə təmin edəcək
22-02-2017, 15:24
Türkiyədə mühüm qərar - Orduda hicab
12-02-2016, 10:02
Neftin qiymətləri 5%-dən çox bahalaşıb
2-12-2016, 19:30
1 milyardlıq möhtəşəm toy - Foto